Mobil versiya
Prezident İlham Əliyevin milli həmrəylik siyasəti Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsini təmin etdi
Tarix: 19-11-2023 | Saat: 20:59
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyevin milli həmrəylik siyasəti Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsini təmin etdi

Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ-nin tərkibində olan bütün respublikalarda olduğu kimi, Azərbaycanda da xalq hərəkatı getdikcə daha böyük vüsət almaqda idi. Cərəyan edən proseslərin fonunda ölkəmizdə bir sıra siyasi partiya və təşkilatların yaranması üçün əlverişli zəmin yaranmışdı. Lakin növbəti illərdə müşahidə olunan hadisələrin gedişi göstərdi ki, mahiyyət etibarı ilə xalq hərəkatının dalğalarında yaranmış bu təsisatlardan heç biri nə xalqı, nə də ölkəni düşdüyü ağır iqtisadi-siyasi böhrandan qurtarmaq iqtidarında deyil. Əslində bu partiyaların böyük əksəriyyətinin yaradılmasında məqsəd də tamam başqa idi. Həmin təşkilatlara rəhbərlik edən qüvvələr daha çox öz şəxsi ambisiyalarını təmin etmək barədə düşünürdülər. Məhz belə bir dövrdə Azərbaycanın taleyindən narahat olan mütərəqqi düşüncəli insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda, ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Qeyd etmək lazımdır ki, YAP təsis konfransının o zaman Bakıda deyil, məhz Naxçıvanda keçirilməsi də səbəbsiz olmamışdır. Bir tərəfdən həmin illərdə iqtidarda bir-birini əvəz edən qüvvələr ölkədə demokratik mühitin formalaşması, ictimai-siyasi sabitliyin təmin olunması barədə demək olar ki, düşünmürdülər. İkinci bir tərəfdən isə, bütün separatçı, anti-milli qüvvələr yaxşı başa düşürdülər ki, onların bütün bu özbaşınalıqlarına məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə son qoyulacaq. Buna görə də, həmin qüvvələr bu hadisənin qarşısını almağa çalışırdılar. Lakin tarix bütün bu cəhdlərin əbəs olduğunu göstərdi. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul olundu. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildilər. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi.
Birmənalı olaraq demək lazımdır ki, ötən illər ərzində partiya ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri vəzifəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçilməsindən sonra YAP-ın mövqelərinin möhkəmlənməsi prosesi daha da sürətləndi. Həmin tarixi qurultayda çıxış edən möhtərəm dövlət başçımız demişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” Bu gün cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək üçün partiya üzvlərindən daha yüksək fəallıq tələb olunur. YAP öz təşəbbüsləri sayəsində dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən olan partiyalararası siyasi dialoqu stimullaşdırır. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə getdikcə daha da zənginləşir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəyliyimiz Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq indiyə qədər müşahidə olumayan bir səviyyəyə yüksəlmişdir. Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdən oldu.

Kamran Qasımov,
YAP Tovuz Rayon Təşkilatının məsləhətçisi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025