Mobil versiya
YAP strateji hədəfləri ümummilli maraqların təminatına xidmət edir
Tarix: 19-11-2023 | Saat: 18:22
Bölmə:Siyasət | çapa göndər

YAP strateji hədəfləri ümummilli maraqların təminatına xidmət edir

1990-cı illərin əvvəllərində Azərbaycan xalqının öz xilaskar oğlu Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etməyəcəyi təqdirdə ölkəmizin daha böyük fəlakətlərlə üz-üzə gələcəyi bu gün artıq öz təsdiqini tapmış tarixi həqiqətdir. Ümummilli Liderimizin dövlətin və xalqın rifahına həsr olunmuş şərəfli həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün əsl fədakarlıq nümunəsidir. Ulu Öndərimizin Azərbaycan dövlətçiliyi qarşısında olan misilsiz xidmətlərindən biri də məhz Yeni Azərbaycan Partiyasına rəhbərliyi ilk gündən öz əllərinə götürərək bu partiyanı qısa müddət ərzində müxalifət mövqelərindən iqtidar mövqelərinə daşıması olmuşdur. Məlum olduğu kimi, Azərbaycanın vətəndaş müharibəsinin bir addımlığında, müstəqil dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsilə üz-üzə durduğu bir vaxtda tarixdə adları 91-lər kimi qalmış bir qrup vətənpərvər ziyalı yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın xilaskar oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. XX əsr tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyası ölkəni xilas etmək və böhrandan çıxrmaq üçün bütün mütərəqqi qüvvələrin vahid mərkəz ətrafında təşkilatlanması məqsədilə yaradıldı.
YAP-ın beş fəsildən – “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” fəsillərindən ibarət olan yeni Proqramında partiyanın siyasi dəyərlər və prinsiplər sistemini xarakterizə edən 10 əsas strateji istiqamət müəyyən olunub. İlk növbədə yeni Proqramda Heydər Əliyev siyasi-ideoloji xəttinin partiyanın alternativsiz inkişaf yolu olduğu bir daha təsdiq edilib. Həmçinin ölkənin ümumi inkişaf konsepsiyasının əsasları kimi müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, siyasi varislik və təkamül prinsipləri qeyd edilib. Eləcə də hüquqi-demokratik cəmiyyətin qurulması istiqamətində konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyətin və demokratik ənənələrin inkişafı mütləq prioritetlər kimi müəyyən edilib.
2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsində, qısa müddət ərzində YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Heydər Əliyev öz siyasi vəsiyyətində demişdi ki, bizim başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Dövlət başçımızın dediyi kimi, bu işlərin arasında ən vacibi sözsüz ki, Qarabağ probleminin həlli idi. Buna görə də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu problemi bütün işlərin mərkəzinə qoydu. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində, cəmi 44 günə tarixi ədalət bərpa olundu, düşmən torpaqlarımızdan qovuldu. Lakin müharibə başa çatdıqdan sonra da ölkəmizdə ordu quruculuğu işi sürətlə davam etdirilir. Bu ilin 19 sentyabr tarixində antiterror əməliyyatına başlayan Azərbaycan Ordusu növbəti dəfə peşəkarlıq və qəhrəmanlıq göstərərək, ən mühüm strateji yerlərə çıxaraq, qısa müddət ərzində qarşıya qoyulmuş bütün vəzifələri icra etdi və düşmən ordusu təslim olmağa məcbur qaldı. Bununla da ermənilərin 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qanunsuz separatçı rejim ləğv olundu. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Həmin bölgələrdə yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan işlərin böyük vüsəti onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Qısa zaman kəsiyində Zəngilan rayonunda “Ağıllı kənd” layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni hava limanlarının inşası, Kəlbəcər rayonunda infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzuru tezliklə dirçəldəcək.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilanın sədr müavini.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə