YENİ AZƏRBAYCAN PARTİYASI XXI ƏSRİN PARTİYASIDIR!
Tarix: 19-11-2023 | Saat: 16:14
Bölmə:Özəl | çapa göndər
Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır və partiyanın qısa müddətdə ümumxalq partiyasına çevrilməsi uğurlu siyasətə əsaslanır. Yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsasında saxlayan Yeni Azərbaycan Partiyası bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. 1992-ci il noyabrın 21-də təsis konfransını 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 800 minə yaxın üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çox yüksək səviyyəli və uğurlu siyasətin gələcəyinə inamın göstəricisidir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Partiyanın 30 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyinin rolu inkaredilməzdir. Ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxan şanlı partiyamız qələbələr partiyası kimi nüfuz qazanmış, cəmiyyətdə rolunu daha da artırır. Yeni Azərbaycan Partiyası populist vədlərdən uzaq olduğunu atdığı addımları, əldə etdiyi nailiyyətləri ilə təsdiqləyir. Bu günümüzün uğurları gələcəyə daha böyük inamla irəliləməyə əsas verir.
Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu və nüfuzu durmadan artdı, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişləndi. Müstəqil Azərbaycanın və ən güclü siyasi təşkilatın - Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müdrik və düzgün siyasəti ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxardı. Partiyanın sədri, Ölkə başçısı cənab İlham Əliyev 20 illik Prezidentlik fəaliyyəti dövründə Azərbaycan xalqına verdiyi vədləri ən üst səviyyədə həyata keçirdi. Bu müddət ərzində ölkəmizdə bütün sferalarda saysız-hesabsız uğurlara imza atıldı, insanların rifah halı daha da yaxşılaşdırıldı, Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirildi, eyni zamandan beynəlxalq arenadakı nüfuzumuz yüksəldi. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Şanlı partiyamız öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Bu gün də Azərbaycana və doğma partiyamıza ümummilli liderimizin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş və Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirən İlham Əliyev kimi müdrik lider, qətiyyətli şəxsiyyət və hərtərəfli biliklərə malik siyasətçi rəhbərlik edir. Ölkəmizlə bərabər bu gün YAP-da müasir şəkildə inkişaf edir və yeni hədəflərə uğurla addımlayır. Qədirbilən xalqımız əmindir ki, Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq dünənin, bu günün və gələcəyin partiyası olaraq daima ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayacaqdır!
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025
16-01-2025