Mobil versiya
10 noyabr 2020-ci il Kapitulyasiyanın şərtlərinə görə, noyabrın 20-də Ağdam rayonu geri qaytarılıb
Tarix: 19-11-2023 | Saat: 09:50
Bölmə:Özəl | çapa göndər

10 noyabr 2020-ci il Kapitulyasiyanın şərtlərinə görə, noyabrın 20-də Ağdam rayonu geri qaytarılıb

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları atəşkəsə dair bəyanat imzalanıb. Kapitulyasiyanın şərtlərinə görə, noyabrın 20-də Ağdam rayonu geri qaytarılıb. Bunun üçün hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Rəşadətli Azərbaycan Ordusuna minnətdardır. Müzəffər Ali Baş Komandan və onun əmrini canla–başla yerinə yetirən igid oğullarımızın - əsgər və zabitlərimizin, şirin canlarından keçən şəhidlərimizin, cəsur qazilərimizin hünəri, rəşadəti sayəsində üzümüz güldü, qamətimiz dikəldi. İndi azad Qarabağımızın digər bölgələri kimi, Ağdamda da abadlıq–quruculuq işləri gedir. Doğrudur, erməni vandalları şəhərdə yerləşən tarixi binaları, memarlıq abidələrini söküb, dağıdıb, daşıyıb aparıblar. Sanki bu şəhərdə heç yaşayış olmayıbmış kimi darmadağın etmişdilər.
2020-ci il Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.
Cənab Prezident İlham Əliyev Ağdamda çıxışı zamanı deyib ki, "Bildiyiniz kimi, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi işğaldan azad edilib. Bu münasibətlə mən Azərbaycan xalqını təbrik etmişdim, ağdamlıları təbrik etmişdim. Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin."
2021-ci ilin may ayının 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olunub. Ağdamın əhalisi 100 min nəfər təşkil edəcək ki, bu da, Ağdamı Qarabağın ən böyük şəhəri olmaqla, Azərbaycanın 6-cı ən meqa yaşayış məskəni edəcək.Əhalinin 70%-i çoxmənzilli binalarda, 30% -i fərdi evlərdə yaşayacaq. Şəhərdə 1750 fərdi yaşayış binası olmaqla yanaşı, çoxmənzilli binalarda 23 min mənzilin olması nəzərdə tutulub.Şəhər ərazisinin 23% -i meşə və park zonalarından (yaşıl zona) ibarət olacaqdır. Ağdamda əlavə (125 ha) meşə zolağı da salınacaq. Məşğulluğun davamlılığını təmin etmək üçün şəhərin yaxınlığında bir sənaye sahəsi (sənaye parkları) inşa ediləcək. Şəhərdə süni gölün yaradılması da planlaşdırılır. Həmçinin, şəhərdən 2 kanal keçəcək və bu kanalların üzərində keçid üçün körpülər inşa ediləcək. Müasir Ağdam tarixi mərkəz, inzibati, yaşayış, yaşıl və sənaye/kənd təsərrüfatı zonalarına bölünəcək. Tarixi mərkəz əsasən “İmarət” saray kompleksini, Qarabağ xanlarının məqbərəsini, Şahbulaq qalasını və yeni məscidi əhatə edəcəkdir. Mərkəz Qarabağ şəhərlərinin ənənəvi memarlığına uyğun olaraq inşa ediləcək.Ağdam şəhərinin yeni Baş Planı fantastikdir.Bu şəhərdə yaşamaq təkcə ağdamlıların deyil, hər kəsin arzusudur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ağdam rayonuna işğaldan azad olunandan sonra səfərlərinin ardıcıllığını təqdim edirəm:

23.11.2020

28.05.2021

13.02.2022

04-05.10.2022

02.05.2023

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə