Mobil versiya
Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov rəhbərliyi ilə şəhid anasının doğum günü qeyd olundu -Fotolar
Tarix: 15-11-2023 | Saat: 20:51
Bölmə:Karusel / Gündəm / Qərbi Azərbaycan | çapa göndər

Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov rəhbərliyi ilə şəhid anasının doğum günü qeyd olundu

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanımız Vüqar Ağayevin anası Xanım Ağayeva mərkəzimizə “kəskin böyrək çatışmazlığı” diaqnozu ilə müraciət etmişdir.

Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsində müalicəsinə başlanılan Xanım Ağayeva bugün tam sağlamlığına qovuşmuş vəziyyətdə evə yazıldı.

Mərkəzimiz şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərməyi və onları daima diqqətdə saxlamağı unutmur.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənovun rəhbərliyi ilə bugün Xanım Ağayevanın doğum gününü qeyd etdik.

Xanım anamıza yeni yaşında möhkəm can sağlığı arzu edirik!









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024