Mobil versiya
Yaponiyaya turist axını ilk dəfə pandemiyadan əvvəlki rəqəmləri ötüb
Tarix: 15-11-2023 | Saat: 15:27
Bölmə:Özəl | çapa göndər

Yaponiyaya turist axını ilk dəfə pandemiyadan əvvəlki rəqəmləri ötüb

Bu ilin oktyabr ayında Yaponiyaya turist axını ilk dəfə pandemiyadan əvvəlki dövrün göstəricilərini üstələyib. Bunu Yaponiya Milli Turizm Təşkilatının dərc olunmuş statistikası sübut edir.Ötən ay ölkəyə 2,516 milyon əcnəbi daxil olub ki, bu da 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 0,8% çoxdur. Yaponiyaya gələn turistlərin sayına görə birinci yeri Cənubi Koreya tutur (oktyabrda 631 min). Ondan sonra Tayvan - (424 min), materik Çin (256 min), ABŞ (211 min) gəlir.

2023-cü ilin oktyabr ayında Yaponiyaya səfər edən Rusiya vətəndaşlarının sayı 5700 nəfər olub ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır. Lakin 2022-ci ilin oktyabr ayı ilə müqayisədə bu rəqəm 260% artıb."Bu ay bərpa tempinə Cənub-Şərqi Asiyadan, o cümlədən Sinqapurdan, həmçinin Avropa, ABŞ və Avstraliyadan Yaponiyaya gələn xarici ziyarətçilərin sayının artması kömək edib. Planlı beynəlxalq uçuşlara gəlincə, uçuşların sayı bərpa olunub. 2023-cü ilin qış cədvəlinə görə, Covid-dən əvvəlki səviyyənin təxminən 80%-nə qədər”, - təşkilat qeyd edir.

Əcnəbi axınının artmasına 2022-ci il oktyabrın 11-dən fərdi turistlər üçün giriş məhdudiyyətlərinin aradan qaldırılması və qısamüddətli vizaların verilməsinin bərpası ilə bağlı qərar kömək edib. Digər müsbət amil yenanın dollara nisbətdə aşağı məzənnəsidir.Yaponiyada xarici turistlərin sayı mütləq rekordun (31,88 milyon nəfər) müəyyən edildiyi 2019-cu ilə qədər durmadan artıb. 2020-ci ildə hakimiyyət Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunları ilə əlaqədar 40 milyon insana çatmağı qarşısına məqsəd qoyub, lakin pandemiya səbəbindən bu planlar yerinə yetirilməyib.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025