Mobil versiya
"Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan çoxdur yubadır" - Hikmət Hacıyev
Tarix: 15-11-2023 | Saat: 09:15
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan çoxdur yubadır" -

"Azərbaycan tərəfi Ermənistanın cavabının yaxın vaxtlarda təqdim ediləcəyi ümidi ilə ikitərəfli kanallar vasitəsilə Ermənistan tərəfinə müvafiq izahatlarla birlikdə sülh sazişinin düzəliş edilmiş 5-ci variantını təqdim edib".

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olmaları barədə ictimaiyyətin bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantını təqdim etməyi iki aydan çox yubadır.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi tarixi fürsətdir və xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi sual mövzusudur. Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha tez bağlana bilər. Top Ermənistanın meydanındadır!", - deyə Hacıyev bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024