Mobil versiya
Ukrayna hakimiyyəti Xerson vilayətindəki limana ziyan dəydiyini bildirib
Tarix: 14-11-2023 | Saat: 14:29
Bölmə:Özəl | çapa göndər

Ukrayna hakimiyyəti Xerson vilayətindəki limana ziyan dəydiyini bildirib

Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin partlayışlar nəticəsində ticarət limanına dəyən ziyanı açıqlayıb.Ukrayna rəsmisi iddia edir ki, Xersonda inzibati bina və iaşə obyektinə də ziyan dəyib. Bundan başqa, onun sözlərinə görə, Berislav şəhərində zavodun ərazisində yerləşən binalara ziyan dəyib.

Bundan əvvəl Xersonda baş verən partlayışla bağlı məlumat yayılıb. Hadisə şahidlərinin sözlərinə görə, hadisə şəhərin Korabelnı rayonunda baş verib.

Bundan başqa, Kropivnitski şəhərində də partlayışlar qeydə alınıb. Məlumatı regional hakimiyyət orqanları da təsdiqləyib, onlar da yerli sakinlərə hadisənin görüntülərini dərc etməmək barədə xəbərdarlıq ediblər.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025