Mobil versiya
"Heç olmasa görülən işlərdən danışın" - Spikerdən deputata İRAD
Tarix: 14-11-2023 | Saat: 12:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Heç olmasa görülən işlərdən danışın" -

“Dünyada 15 il bundan öncə baş verən iqtisadi böhrandan sonra iqtisadçılar proqnozlara çox da etibar etmirlər”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 14 noyabr tarixli iclasında deputat Etibar Əliyev deyib.

“Müəyyən edilmişdi ki, hətta səhv proqnoz apararaq böhranı pisləşdiriblər. Biz qara qızılımızı kapitala çevirməyi məqsəd qoymuşuq. Bunun üçün elm və təhsilə diqqət ayırmalıyıq. Kim elm və təhsildən uzun müddət sonra nəsə gözləyirsə, düşməndir. Ölkədə kölgə təhsili, repititorluq artıb. Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur. Şagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq. Bir çox abituriyent 0-50 bal yığır, bu, savadsızlıqdır. Hər il artan büdcə ayrılan təhsil beləmi olmalıdır? Əlavə olaraq, bağça və məktəbə qədər təhsilə rayonlarda pul ayrılmır. Niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır? Bəlkə, elə vəsait ancaq Bakı şəhərində olan müəssisələr üçün xərclənir?! Edilən struktur dəyişiklikləri elm üçün ayrılan vəsaitin səmərəli xərclənməsinə kömək edəcək?”

“Heç olmasa görülən işlərdən danışın” - bunu Milli Məclisin 2023-cü il 14 noyabr tarixli iclasında sədr Sahibə Qafarova Etibar Əliyeva cavabında deyib.

“Etibar müəllim, sizin sözünüzdən elə çıxır ki, ümumiyyətlə, təhsil yoxdur. Heç olmasa, tikilən məktəblər, görülən işlərdən danışın. Siz özünüz də təhsilin içində olan adamsınız, bilirsiniz ki, təhsil sahəsində görülən işlər 1-2 il kimi qısa müddətdə nəticəvermir”./bakivaxtı.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025