Mobil versiya
Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi
Tarix: 13-11-2023 | Saat: 15:09
Bölmə:Özəl | çapa göndər

Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

Xalqımız bu gün müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayır. Vətən müharibəsində qazandığımız qələbə xalqımızın torpaq həsrətinə son qoydu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində ölkəmiz tarixi ədaləti bərpa etdi. Azərbaycan bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində ən əsas məqamlardan biri Azərbaycan xalqı ilə Ali Baş Komandan birliyi oldu. Xalq Prezidentin ətrafında bir yumruq kimi birləşərək ordumuza böyük dəstək verdi. Rəşadətli Azərbaycan Ordusu döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi.Azərbaycan xalqı uzun illər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədi. 2020-ci il sentyabrın 27-də cənab İlham Əliyev qismən səfərbərlik elan etdi. Ali Baş Komandanın bu əmrini böyük coşqu ilə qarşılayan Azərbaycan xalqı o anlardan torpaqlarımızı qısa müddətdə Ermənistan silahlı qüvvələrinin işğalından azad etmək üçün bir yumruq kimi birləşdi. Erməni qəsbkarlarının otuz ilə yaxın davam edən işğalına 44 gündə – İkinci Qarabağ müharibəsində son qoyuldu. Azərbaycan dövləti və xalqı 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdi. Bu 44 günün hər saatı, hər anı Azərbaycan tarixinə yazıldı.
Əlbətdə ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində  həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir.O da xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın ulu öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab  İlham Əliyevdir.Xankəndi şəhərində keçirilən hərbi paradda çıxış edən Prezident İlham Əliyevin ordu quruculuğu prosesinin sürətləndirilməsilə bağlı Cənab Ali Baş Komandan öz çıxışında Azərbaycanın öz hərbi qüdrətini durmadan artırdığını diqqətə çatdırdı və bunu nə üçün etdiyinə dair detallı açıqlamalar verdi. Ölkəmizə ordu quruculuğu prosesinin sürətləndirilməsini zəruri edən başlıca məqam Ermənistanda revanşist qüvvələrin baş qaldırmaları ilə bağlıdır. Azərbaycan dövləti Ermənistanın arxasında dayanan qüvvələrin onları ölkəmizə qarşı yenidən hərəkətə təhrik edəcəyini bilirdi. Buna görə də tarixi Qələbəmizdən dərhal sonra Azərbaycanın Silahlı Qüvvələri Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdirildi. Uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədi nəzarətə götürüldü. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət tam Azərbaycanın nəzarətindədir. Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar Ermənistana göndərilmiş bir mesaj idi ki, Qarabağ Azərbaycan torpağıdır və onlar dərhal silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarmalıdırlar. Əgər o vaxt ermənilər cənab Prezident İlham Əliyevin xəbərdarlıqlarını diqqətə alsaydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac olmazdı. Lakin rəsmi İrəvan yenə də öz xalqının deyil, xarici havadarlarının maraqlarına uyğun addımlar atdı və bunun da acı nəticəsini tez bir zamanda görmüş oldu.Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar dünya hərb tarixində çox böyük yeniliklər kimi yadda qaldı və hazırda bir çox dünya ölkələri bu təcrübədən örnək kimi istifadə edirlər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfərə qovuşduğumuz 44 günlük Vətən müharibəsində qardaş Türkiyə mənəvi-siyasi baxımdan həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə yanımızda oldu, tarixi ənənələrə sadiq qalaraq qələbə çalmağımızda mühüm rol oynadı.
Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya savaşı cəbhəsində də öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti ilə bütün təzyiqlərə məharətlə sinə gərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı, müharibə dövründə və müharibədən sonra dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Dövlətimizin başçısı nümayişkaranə şəkildə düşmənin mövqeyini dəstəkləyən ölkələrin kütləvi informasiya vasitələrinin təmsilçilərinin ən qərəzli suallarına belə qətiyyətli cavab verməkdən yayınmadı. Prezidentimiz nə dərəcədə hazırlıqlı və uzaqgörən olduğunu göstərməklə yanaşı, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirlərlə, Azərbaycanın haqlı olduğunu konkret faktlarla dünya ictimaiyyətinə çatdırdı. Ali Baş Komandan xalqını milli hədəflərinə yetirdi, ona imzasını atdı.30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025