Mobil versiya
Möhtəşəm Zəfərin təntənəsi
Tarix: 13-11-2023 | Saat: 10:43
Bölmə:Siyasət / Özəl | çapa göndər

Möhtəşəm Zəfərin təntənəsi

Azərbaycan xalqı Prezident İlham Əliyevin və Ordumuzun ətrafında bir yumruq kimi birləşdi, tarixi qələbə qazandı və "Qarabağ Azərbaycandır!" - deyərək, işğal altında olan 20 faiz torpaqlarımızı işğaldan azad etdi. Çox təəssüf ki, ermənilər bu məğlubiyyətdən və "Dəmir yumruq"dan nəticə çıxarmadılar. Erməni işğalçıları yenidən 2023-cü ilin sentyabrnda təxribatlar törətməyə başladılar. Onlar kəşfiyyat xarakterli əməliyyat həyata keçirir, yolları minalayır və ərazilərimizi mütəmadi atəşə tuturdular. Sentyabrın 18-də polis əməkdaşlarının və bir neçə mülki vətəndaşın minaya düşməsi xalqımızın və dövlət başçısının səbir kasasını doldurdu. Ona görə də Prezident İlham Əliyevin əmri ilə Qarabağda lokal antiterror əməliyyatı keçirildi. Bu əməliyyat zamanı ermənilərin 90-dan çox döyüş mövqeyi, ağır texnikası və minə yaxın canlı qüvvəsi məhv edildi. Təbii ki, müstəqil Azərbaycan dövlətinin öz ərazilərində suverenliyini tam bərpa etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı antiterror tədbirləri Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquq normalarına tamamamilə uyğundur. Ermənistanın separatçı hərbi birləşmələrinin Azərbaycan Ordusu tərəfindən tərk-silah edilməsi və silah-sursatlarını təhvil verməklə Qarabağdan çıxarılması regionda sabitliyin və gələcək inkişafın təmin edilməsi üçün atılmış zəruri addımdır. Erməni separatçılarının ağ bayraq qaldırması və təslim olması bir daha onu təsdiq edir ki, Azərbaycan Ordusunun qarşısında heç bir qüvvə dayana bilməz. Ordumuz 24 saatlıq möhtəşəm qələbə ilə yeni bir tarix yazdı və dünyaya bəyan etdi ki, Azərbaycan öz ərazilərində suverenliyini bərpa edib və eyni zamanda Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən ən güclü, ən qüdrətli dövlətidir və qonşularımız da bununla razılaşmağa məcburdurlar.
Həmin tarixdən sonrDöyüş əməliyyatlarını həata keçirən ordumuzun əsgərlərinin şücaəti haqqında Müzəffər Ali baş Komandan cənab ilham əliyev qürurla deyirdi: “Bizim əsgərlərimiz aslan kimi döyüşürlər, onlar heç nədən qorxmadan torpaqlarımızın azad olunması yolunda canlarından belə keçməyə hazırdılar” Əlbəttə, erməni əsgərlərindən fərqli olaraq Azərbaycan əsgəri bu torpaqda şəhid olmağı şərəf bilirdi. Həmin günlərdə 3 min şəhidimiz oldu və o şəhidlərin hər biri qanları ilə tarixə "Azərbaycan, Qarabağ!" sözlərini yazdılar. Və Azərbaycan xalqı bu 44 gündə öz böyüklüyünü, öz müdrikliyini və öz qəhrəmanlığını göstərdi. Cəbhədə döyüşmək üçün minlərlə gənc növbəyə durmuşdu, onlar Vətən uğrunda döyüşməyə can atırdılar. Bu döyüşlər zamanı Azərbaycan əsgəri yeni bir tarix yazdı.
Bu tarixin ən parlaq səhifələrindən biri də noyabrın 80də Xankəndidə Zəfər gününə həsr olunmuş parad oldu. Artıq bu möhtəşəm hadisə də tarixə qovuşdu və tariximizin qızıl səhifəsinə çevrildi. ŞVətən uğrunda canlarından keçən oğullarımızın şəhadətinin şahidi olan bu tarix ölməzlik qazandı. Paradda çıxışç edən cənab ilham əliyev dedi: “...mən heç şübhə etmirdim ki, gün gələcək və burada - Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır. 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür.”
Müzəffər ali Baş Kmandan sn antiterror əməliyyatıantoxunaraq bildirdi ki, bu Azərbaycan xalqı və dövləti üçün müstəsna əhəmiyyətli bir hadisə idi və bu əməliyyatı keçirmnəklə qəti qələbəni təmin edə bildik: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik.”
Azərbaycanı qələbədən qələbəyə aparan, bu qələblərin baş memarı olan İlham Əliyev cənabları ulu öndər Heydər Əliyevin vəsiyyətini və xalqımıza verdiyi vədi yerinə yetirərək şanlı tarixin müəllifi oldu. Xankəndində keçirilən parad da bu möhtəşəmliyin nümunəsi hesab edilməlidir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024