Mobil versiya
Tarixi Bəyanat
Tarix: 13-11-2023 | Saat: 09:41
Bölmə:Siyasət / Özəl | çapa göndər

Tarixi Bəyanat

30 ilə qədər müddətdə Azərbaycan "Qarabağ" adlı böyük yaranı daşıdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı və Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Zəfərə doğu addım-addım irəlilədi. Münaqişənin mövcud olduğu müddətdə Azərbaycan bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, problemin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib.
Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsasların güclənməsi ilə nəticələndi. Uzun illər aparılan təbliğat nəticəsində erməni yalanları ifşa edildi və beynəlxalq ictimaiyyətə sübut olundu ki, Qarabağ əzəli Azərbaycan torpağıdır.
Prezident İlham Əliyev Azərbaycanı Qələbəyə tam şəkildə hazırlamışdı. Hərçənd, sülh danışıqları gedirdi və Bakı sülhə sadiq idi. Lakin işğalçı Ermənistan beynəlxalq hüquqa, BMT qətnamələrinə məhəl qoymur, əksinə, yeni işğal planları hazırlayırdı. 27 sentyabr 2020-ci il tarixində mülki əhaliyə qarşı terror hücumu səbr kasasını daşıran sonuncu damla oldu.
Nəhayət, böyük gün gəlmişdi. “İrəli” əmrini səbrlə gözləyən rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Dörd ilə işğal edilmiş torpaqlarımız cəmi 44 günə azad edildi. Bu, dünyanın hərb tarixində nadir müharibələrdən hesab olunur. Xüsusilə, döyüşlərin getdiyi ərazinin relyefi işğalçılar üçün təbii istehkam yaradırdı və Ermənistan işğal müddətində demək olar ki, o torpaqları viran qoymaqla yanaşı, həm də yalnız ciddi maneələr qurmaqla keçilməz sədd yaratmışdı.
Ermənistan Ordusu cəmi 44 gün davam gətirə bildi. Bu 44 gündə Azərbaycanın Müzəffər Ordusu 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Nəhayət, 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktını qəbul etməyə məcbur oldu. Bəyanata əsasən bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.
Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. İndi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir..
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır.
İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı.
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı. 10 noyabr bəyanatı Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi, bundan sonra Ermənistanda ictimai-siyasi, intellektual böhran dərinləşərək uçuruma yuvarlandı. Bu gün suveren, bütöv Azərbaycan reallığı ortadadır və Xankəndidə Azərbaycan bayrağı dalğalanır.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024