Mobil versiya
Azərbaycan Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf etdirilir
Tarix: 12-11-2023 | Saat: 12:12
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf etdirilir

Bu il 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib. Dövlətimizin başçısı İlham Əliyev bu mötəbər tədbirdə iştirak edib. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi təşkilatın işində fəal iştirak edir. Həmçinin ölkəmiz ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Qeyd edək ki, 2022-ci il Prezident İlham Əliyevin Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər olmuşdur. Prezident İlham Əliyev Zirvə toplantısında çıxışı zamanı Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. Xatırladaq ki, Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana edib. Bu isə bir daha iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını nümayiş etdirir. Toplantıda qeyd olunub ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə ölkəmiz özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hazırda hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Bu gün Azərbaycanda münbit sərmayə iqlimi mövcuddur. Nəticədə son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024