Revanşist əhval-ruhiyə erməniləri yalnız daha böyük fəlakətlərə düçar edə bilər
Tarix: 11-11-2023 | Saat: 15:05
Bölmə:Siyasət / Özəl | çapa göndər
Xalqımız bu il Zəfər Gününü indiyədək görünməmiş bir coşqu ilə qeyd etdi. Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən tarixi Qələbəmizin üçüncü ildönümü münasibətilə keçirilmiş hərbi parad bu əlamətdar günün dəyərini, əhəmiyyətini sonsuza qədər artırdı. Rəşadətli hərbçilərimizin Xankəndinin mərkəzi meydanından keçidini müşahidə edən hər bir azərbaycanlı Qələbə sevincini və qürurunu bir daha yaşadı.
Hərbi paradda çıxış edən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev demişdir: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” Sözü və əməli bir olan möhtərəm dövlət başçımız bu vədinə də son nöqtəsinə qədər əməl etdi.
Üç il bundan əvvəl, 8 noyabr 2020-ci il tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və Ermənistan kapitulyasiya aktını imzaladı. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı torpaqlarımızın azad edilməsi üçün uzun illər ərzində bir nöqtəyə vururdu, hər kəs bu müqəddəs günü hər gün, hər saat öz əməyi ilə, işi ilə yaxınlaşdırırdı. Döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərən rəşadətli ordumuz bu günü bizə bəxş etmiş, düşməni əzəli Azərbaycan torpaqlarından qovmuşdur. Xalqımızın çoxəsrlik tarixində hələ buna bənzər parlaq Qələbə olmamışdır. Əlbəttə ki, 44 günlük Vətən müharibəsinin gedişində Şuşa əməliyyatı xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi.
Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibə aparmağa məcbur edildi. Çünki Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Azərbaycan hər zaman sülhün tərəfdarı kimi çıxış edib, aparılan danışıqlarda iştirak edib. Lakin illər keçdikcə sülhə ümidlər tükənirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olan vasitəçilər isə, faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar və hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Əgər həmin dövrdə Ermənistan rəhbərliyi və onun arxasında duran bəzi xarici qüvvələr boş xəyallara uymayıb, Azərbaycan Prezidentinin sözlərinə qulaq assaydılar, o halda İkinci Qarabağ müharibəsinə ehtiyac olmayacaqdı.
Bu gün Xankəndidə hərbi paradın keçirilməsi onu göstərir ki, müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması düzgün qərar idi. Məhz bu qərar imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və Azərbaycan Prezidentinin qəti tələbi idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və dövlət başçımızın siyasi müstəvidə iradəsini görmüşdü.
İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesi sürətləndirildi, dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə qoşunlarımız yerləşdirildi. Müxtəlif tədbirlər nəticəsində Azərbaycan Ermənistanla sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə sahib oldu. Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar ölkəmizin strateji mövqelərini böyük dərəcədə yaxşılaşdırdı.
Lakin Ermənistan bu əməliyyatlardan da dərs almadı. Buna görə də Azərbaycan Qarabağda özünün konstitusiya quruluşunu bərpa etmək üçün növbəti addımları atmalı oldu. İlk növbədə bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədi nəzarətə alınaraq ölkənin ərazi bütövlüyü tam bərpa edildi. Daha sonra, sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan artıq bütün ərazisində dövlət suverenliyini tam bərpa etdi. Oktyabrın 15-də isə, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını şəxsən özü qaldırdı. Əgər bundan sonra da Ermənistan rəhbərliyi hansısa revanşist fikirlərlə yaşayırsa, onlar Xankəndidə dalğalanan bayrağımıza diqqətlə baxsınlar və anlasınlar ki, işğalçılıq siyasəti onları yalnız daha böyük fəlakətlərə düçar edə bilər.
Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025