Mobil versiya
Üçtərəfli Bəyanatın əhəmiyyəti bugünkü uğurlarımızda da öz təsdiqini tapır
Tarix: 07-11-2023 | Saat: 12:42
Bölmə:Siyasət / Özəl | çapa göndər

Üçtərəfli Bəyanatın əhəmiyyəti bugünkü uğurlarımızda da öz təsdiqini tapır

10 noyabr 2020-ci il tarixində Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bu tarixi sənədin imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 27 sentyabr 2020-ci il tarixdə Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Azərbaycanın maraqlarına tam cavab verən Üçtərəfli Bəyanat faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu sənəd böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı özünün kapitulyasiya aktı olan bu sənədi imzalamağa məcbur etdi. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Üçtərəfli Bəyanatın imzalanması ilə ölkəmizin sonrakı bir çox mühüm siyasi, diplomatik və iqtisadi uğurlarının əsası qoyulmuşdur. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri geri qaytardı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Bütün bunlarla yanaşı Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması ilə bağlı oldu. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxış qrafikini təqdim etməyə məcbur oldu. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi də yoxdur, həmin əraziyə hər hansı bir statusun verilməsi də müzakirə mövzusu deyil. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.

Əlbəttə ki, bu il ilk öncə “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasını və daha sonra sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpasını da məhz Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş qələbələrimiz kimi qiymətləndirərək lazımdır. Vətən müharibəsinin bitməsindən keçən üç il ərzində Ermənistan hələ də 10 noyabr Bəyanatının şərtlərinə əməl etməkdən yayınır, Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışırdı. Bu baxımdan 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması mühüm tarixi əhəmiyyət kəsb edən hadisə oldu. Məhz bu məntəqənin qurulması ilə Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü tam təmin olundu. Lakin Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin hələ də mövcud olması regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı. Bu səbəbdən də Azərbaycan sentyabr ayının 19-da lokal xarakterli antiterror əməliyyatı keçirmək məcburiyyətində qaldı. Cəmi 23 saat davam edən bu əməliyyat Azərbaycanın gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan Qarabağda konstitusiya quruluşunu və artıq bütün ölkə ərazisində tam suverenliyini bərpa etmiş oldu.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025