Mobil versiya
XİN: "Ermənistan hələ də işğalı altındakı 8 Azərbaycan kəndini təhvil verməyib"
Tarix: 07-11-2023 | Saat: 12:33
Bölmə:Manşet / Siyasət | çapa göndər

XİN:

"Ermənistan hələ də işğalı altındakı 8 Azərbaycan kəndini təhvil verməyib".

aia.az xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı bəyanatda əksini tapıb.

Bildirilib ki, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, Azərbaycan vətəndaşlarının həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi: "Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025