Mobil versiya
Eltun Süleymanov: “Münaqişənin hərbi mərhələsi başa çatdıran Bəyanat”
Tarix: 07-11-2023 | Saat: 09:33
Bölmə:Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: “Münaqişənin hərbi mərhələsi başa çatdıran Bəyanat”

Azərbaycanla Ermənistan arasında müharibəni başa çatdıran 10 noyabr üçtərəfli bəyanatının (Azərbaycan, Rusiya, Ermənistan) imzalanmasından bir il ötür.Bu bəyanat Ermənistanın biabırçı kapitulyasiyası idi, üç rayonun (Ağdam, Kəlbəcər, Laçın) döyüşsüz qaytarılması isə Azərbaycanın əlavə itki vermək risklərini aradan götürdü. Bu bəyanat Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatların məntiqi davamı idi, bu sənəd postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəminlər yaradan strategiyanın başlanğıcı idi.
Türkiyə bəyanatın tərəflərindən olmasa da, həmin sənəddə keçən bir cümləni Bakı-Ankara hərbi əməkdaşlığının güclənməsini şərtləndirən amil kimi dəyərləndirə bilərik.
Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.
Müharibə dövründə Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.Və bir daha sübut olundu ki, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Ankara-Moskva körpüsündə təmaslarda Türkiyə Azərbaycanla strateji müttəfiqlik xarakterinin ruhuna uyğun olaraq Bakının maraqlarını önə çıxarır. Bu isə Bakı-Ankara-Moskva xəttində müştərək maraqların yaranmasına səbəbiyyət verən tendensiyadır.
Üçtərəfli bəyanatın 9-cu bəndinin, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının icrası üçün əlavə bir sənədin hazırlanması zərurətini ortaya çıxarırdı. Buna görə də, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında 2021-ci ilin 11 yanvarında növbəti üçtərəfli bəyanata imza atıldı.
11 yanvar bəyanatı 10 noyabr bəyanatının iqtisadi aspektlərinin tam gücü ilə işləməsinə stimul verən sənəddir.
Ancaq, bu bəyanat da Azərbaycanın əlini gücləndirdi, belə ki, 2021-ci ilin başlanğıcından etibarən həmin sənədin müddəaları Bakıya hərbi-siyasi faydalar gətirən faktora çevrildi.
Bakı İrəvanın etirazlarına baxmayaraq, postmüharibə dövründə regionun yeni şəkilləndirilməsinin təməl daşı hesab olunan Zəngəzur dəhlizinin reallaşmasında tündləşdirici rənglər qarışdırılmaması üçün mühüm addımlar atdı. Söhbət Azərbaycanın Ermənistanla sərhədlərin müəyyənləşməsini hərbi prioritetlər sırasına daxil etməsindən gedir.
Azərbaycan Ordusunun Ermənistanla sərhəddə strateji yüksəkliklərdə mövqelənməsi, Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçməsi, bu ilin yayında Naxçıvanda böyük əhəmiyyət kəsb edən möhkəmlənmə koridorunun işləməsi üçün Bakının şərtlərinin həyata keçirilməsidir.”
Müsahibimi zəlavə olaraq bildirmişdir ki, “. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi”




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024