Mobil versiya
Üçtərəfli Bəyanat Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik müstəvidə təsdiqi oldu
Tarix: 06-11-2023 | Saat: 12:08
Bölmə:Siyasət / Özəl | çapa göndər

Üçtərəfli Bəyanat Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik müstəvidə təsdiqi oldu

Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdıqdan sonra, 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Bu tarixi sənədin imzalanması birmənalı olaraq Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusunu, eləcə də bu ordunun “yenilməzliyi” haqqında uzun illər boyunca hazırlanan və dünyaya təqdim olunan mifləri Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 günə dağıtdı.

10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın bir çox növbəti siyasi-diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu. İlk növbədə reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşəcək. Bu tarixi hadisəni reallaşdırmaqla Azərbaycan regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı özünün tarixi missiyasının bir hissəsini icra etmiş olacaq.

Həmçinin məhz bu Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu gün artıq keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Azad edilmiş ərazilərdə birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində olmaqla irimiqyaslı infrastruktur layihələr icra olunur.

Vətən müharibəsinin gedişində yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi hazırda bir çox dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar əməliyyatların hazırlanması və icra edilməsi taktikası bütün dünyada öyrənilir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş mühüm siyasi-diplomatik uğurlardan biri də müharibədən sonra imzalanan digər sənədlərdə artıq Azərbaycanın ərazi suverenliyinin tanıması faktının təsbit edilməsidir. O cümlədən Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Bununla da Azərbaycanın həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə tam qələbəsi bir daha öz təsdiqini tapmış oldu.

Təəssüflər olsun ki, bir çox Qərb ölkələri tərəfindən beynəlxalq sənədlərin icrasına ikili standartlar əsasında yanaşma nümayiş etdirilməsi artıq çoxdan adi hal alıb. Lakin Azərbaycan da artıq öz hüquqlarını təmin etmək üçün heç kimin razılığına və ya dəstəyinə ehtiyacı olmadığını çoxdan sübut edib. Bu ilin 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə özünün ərazi bütövlüyünü təmin təmin edən Azərbaycan bunu bir daha bütün dünyaya nümayiş etdirdi. Sentyabr ayının 19-da isə keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi və artıq bütün ərazisində suverenliyini tam bərpa etdi.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2025