Mobil versiya
Prezident Özbəkistana gedəcək
Tarix: 06-11-2023 | Saat: 10:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident Özbəkistana gedəcək

Noyabrın 8-9-da Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti keçiriləcək.

aia.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin saytı məlumat yayıb.

Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Gündəliyə uyğun olaraq, İƏT çərçivəsində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi, bu çoxtərəfli strukturun fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə baxılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025