Türk dünyasınına daim öz töhfəsini verən Azərbaycan
Tarix: 06-11-2023 | Saat: 09:10
Bölmə:Siyasət / Özəl | çapa göndər
Cari ilin 3 noyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) Astanada 10-cu yubiley Zirvə görüşü keçirildi. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Ölkəmizin bu istiqamətində töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz Azərbaycanda imzalanmasıdır. Azərbaycanın Naxçıvan şəhərində 2009-cu ildə keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb. Həmin Sazişi 4 ölkənin rəhbərləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar. Son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib və onun üzvlərinin sayı artıb. Bu gün təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və iki müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Hazırda Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. TDT-yə üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, onlar Şərqdən Qərbə tam bir nəqliyyat marşrutu – Orta Dəhliz təşkil edir. Şübhəsiz ki, ölkəmiz bu marşrutda aparıcı rola malikdir. Ona görə ki Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan mühüm tranzit mövqeyə sahibdir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər