8 NOYABR – SUVEREN AZƏRBAYCANIN ZƏFƏR GÜNÜ!
Tarix: 02-11-2023 | Saat: 15:33
Bölmə:Siyasət / Özəl | çapa göndər

Biz bu il Zəfər bayramımızın 3-cü ildönümünü qeyd edəcəyik. Ancaq bu dəfə Zəfər Günü tamamilə fərqli olacaq. Belə ki, bu, 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirlərindən sonra qeyd ediləcək ilk Zəfər Günüdür.Əməliyyat nəticəsində Azərbaycan ordusu Qarabağ müharibəsində yarımçıq qalan işini tamamlayıb və Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran və digər yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçib. Beləliklə, ilk dəfə tam suveren Azərbayanda Zəfər Günü qeyd ediləcək. Qeyd edək ki, 8 noyabr Prezidentin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. “Böyük hazırlıq, xalqın birliyi, Ali Baş Komandanın düzgün seçimi torpaqlarımızın əhəmiyyətli hissəsinin işğaldan azad edilməsinə səbəb oldu. Ulu öndər tərəfindən Azərbaycanın dövlətçilik yolu düzgün seçilib. Cənab Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin seçdiyi yol uğurla davam etdirilib. Məhz bu səbəbdən Azərbaycanın hər ili uğur ilinə çevrilir". Buna görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza, xalqımıza və dövlətimizə sonsuz təşəkkür edirik”. O, gün bu gündür və xalqımız Zəfər Gününü bütün Qarabağın azad edilməsi ilə keçirir. “Üç il əvvəl kimlərsə ağız büzürdü, separatizmin məhv ediləcəyinə inanmırdı, elə bilirdilər ki, ərazilərimizdə bu quldur dəstələri həmişə “at oynada” biləcəklər. Amma Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Ordumuzun gücü qanunsuz bir rejimin sonunu gətirdi. Hazırda separatçı liderlər həbsdədir, mühakimə olunacaqlar, qanunsuz hərbi birləşmələr çıxarılıb, bölgə murdarlardan, terrorçulardan təmizlənib.
Bundan sonra Xankəndiyə və digər bölgələrə qayıdış olacaq, xalqımız sülh, əmin-amanlıq və sabitlik içində öz yurd-yuvasında yaşayacaqlar. Ona görə də 8 noyabr Zəfər Günü əvvəlki illərdən fərqli olaraq, bu il bütün Qarabağda qeyd ediləcək: “Bu münaqişə bitdi, Qarabağ mövzusu bağlanıb, qarşıda sülh müqaviləsinin imzalanması, Böyük Qayıdışın sürətlənməsi, abadlıq-quruculuq işlərinin genişləndirilməsi planları var. Qarabağda heç zaman erməni separatizminə yer olmayacaq. Onların mifik “artsax” arzuları 19 sentyabrda dəfn olundu. İndisə bölgədə sülh dövrü başlayır. Ermənistanda olan qüvvələr, revanşistlər anladılar ki, bir də baş qaldırsalar, daha betər cəzasını alacaqlar. Cənab Prezident dəfələrlə onlara bu barədə xəbərdarlıq etmişdi, revanşistlərə mesajlar vermişdi, amma təxribatları davam etdirdilər, nəticədə Ordumuz antiterror tədbirləri ilə bir sutka ərzində separatizmin kökünü kəsdi”. "30 illik işğal dönəmində beynəlxalq güclər Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllini təəssüflər olsun ki, dəstəkləmədilər. Dəstəkləri də sözdə oldu, real addımlar atılmadı. ATƏT-in Minsk qrupu regiona yalnız turistik səfərlər etdilər, öz mandatlarının onlara verdiyi imkanlardan düzgün istifadə etmədilər. Faktiki olaraq, beynəlxalq güclər bu münaqişəni dondurmaq, prosesin həlli müddətini uzatmaq və nəticə etibarilə Ermənistanın xeyrinə hansısa qərarın verilməsi niyyətində idilər. Ancaq Azərbaycan Qərb dairələrinin, xüsusilə də, ermənilərin havadarlarının plan və oyunlarını pozdu. Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu canları, qanları hesabına torpaqlarımızı azad etdilər. 2020-ci ilin 8 noyabr tarixində Şuşanın azad olunmasından sonra Ermənistan kapitulasiya aktına imzalamağa məcbur oldu.
Məhz 9-10 noyabr tarixində üçtərəfli bəyannamə imzalandı. 8 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı". " Bu zəfərin əldə olunmasında Ordu, Xalq və Lider birliyi qələbəni şərtləndirən əsas amillərindən idi. Xüsusilə də, şəhidlərimizin, müharibə içtirakçılarının əməyi danılmazdır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Azərbaycan durduqca bu zəfərin qazanılmasında əməyi olan heç kəsi unutmayacağıq. Şükürlər olsun ki, biz öz torpaqlarımızı azad etdik. Məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün təcili, təxirəsalınmaz işlər görülür. Artıq Ağalıda, Zəngilanda, Füzulidə həyat başlayıb. Heç kim bir daha Azərbaycanın ərazi bütövlüyünə təcavüz edə bilməyəcəkdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bununla da, biz separatizmin kökünü kəsə bildik.Suverenliyimizi tam bərpa də bildik. Bu gün dünya ictimaiyyəti Azərbaycanın yaratdığı reallıqları qəbul edir. Ermənistan da bu reallığı qəbul etmək məcburiyyətindədir. Çox xoşbəxt dövlətik ki, öz təqvimimizə zəfər günlərini daxil etdik. Biz artıq qələbə günlərini qəbul edirik. İşğal günləri təqvimdə tarix kimi qalıb. Bu isə misilsizdir".
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-05-2025