Mobil versiya
""Tərtər işi"ni kim törədibsə, ödənilməli məbləğ onların üzərinə qoyulmalıdır" - Fazil Mustafa
Tarix: 02-11-2023 | Saat: 13:52
Bölmə:Siyasət | çapa göndər

""Tərtər işi"ni kim törədibsə, ödənilməli məbləğ onların üzərinə qoyulmalıdır" -

"Hər bir şeyin dövlətin üzərinə qoyulması doğru deyil. "Tərtər işi"nə görə məhkəmə 182 milyon manat vəsait öhdəlik qoyub. Bunu Maliyyə Nazirliyi verməlidir. Niyə bunu nazirlik ödəməlidir?

aia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu cinayəti kim törədibsə, həmin məbləğ onların üzərinə qoyulmalıdır: "Hər şeyin yolunu daha dərin tapmalıyıq ki, dövlətin üzərindən yük azalsın".

F.Mustafa qiymət artımlarından da danışıb. O qeyd edib ki, xaricdən aldığımız ərzaq məhsullarının qiyməti günbəgün artır: "İkirəqəmli inflyasiya nə qədər aşağı salınmış olsa da, indiki vəziyyətdə manatın dəyəri xeyli aşağı düşüb. Bunun üzərində düşünməliyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə