Mobil versiya
"İnflyasiya tempində zəifləmə müşahidə edilib" - Komitə sədri
Tarix: 02-11-2023 | Saat: 11:44
Bölmə:Siyasət | çapa göndər

"İnflyasiya tempində zəifləmə müşahidə edilib" -

"Beynəlxalq təşkilatların proqnozuna görə 2023-cü ildə qlobal iqtisadi artım 2,5-3 % arasında olacaq (Azərbaycanda 1,9 %), 2024-cü ildə isə 2,1-2,9 % (Azərbaycanda 2,4 %) artacaq".

aia.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

O, qeyd edib ki, 2024-cü ildə neftin 1 barelinin qiymətinin 80-95 dollar (büdcə 60 doll) olacağı proqnozlaşdırılır:

“Qlobal inflyasiyanın bu ilin sonuna 6.9% (Azərbaycanda 9.5%) , 2024-cü ildə isə 5.8% (Azərbaycanda 5.3%) olacağı gözlənilir. Təbii qaz qiymətlərində də ucuzlaşma müşahidə edilir. Azərbaycanın əsas ticarət partnyoları olan ölkələrdə inflyasiya Çində 0 %-ə yaxın, Türkiyədə 50 %-dən yuxarı olub. Bu ilin 9 ayında ölkə iqtisadiyyatında əlverilişli makroiqtisadi meyillər müşahidə edilib, tamamilə qeyri-neft-qaz sahələri hesabına iqtisadi artım təmin edilib, inflyasiya tempindən zəifləmə müşahidə edilib, tədiyyə balansında profisit izlənilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025