Mobil versiya
Məhkəmə ANS ÇM-in vəsatətini təmin etdi
Tarix: 06-09-2016 | Saat: 16:15
Bölmə:Gündəm | çapa göndər



Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS Yayım və Media" Şirkətinin Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardan şikayəti üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS ÇM-in vəkili Raqif Mustafayev məhkəməyə etiraz edib. O bildirib ki, qəbul olunan qərarlar qərəzlidir. MTRŞ-in nümayəndəsi Toğrul Məmmədov isə deyib ki, onların etirazı proseslərin uzadılmasına xidmət edir.
Məhkəməyə etiraz olunması ilə bağlı vəsatətə baxılması üçün prosesdə fasilə elan olunub.

Fasilədən sonra proses davam etdirilib. Qaldırılan vəsatət təmin edilib. Belə ki, iş hakim Müseyib Bayramovun icraatına verilib.
Proses yarım saat sonra davam etdiriləcək.

Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayınm və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir ) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM-ə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Daha sonra ANS ÇM məhkəməyə müraciət edib. Şirkət ANS ÇM-in lisenziyasının ləğv edilməsi ilə bağlı qərarın ləğv olunmasını və MTRŞ-dan 1 milyon manat tələb edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024