Mobil versiya
Siyasi partiyalar tərəfindən daimi arbitraj təşkilatlarının yaradılmasına yol verilməyəcək
Tarix: 30-10-2023 | Saat: 11:38
Bölmə:Siyasət | çapa göndər

Siyasi partiyalar tərəfindən daimi arbitraj təşkilatlarının yaradılmasına yol verilməyəcək

Daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilatı təminatı, o cümlədən arbitrajın təyin olunması, onlara etiraz edilməsi va onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərin həlli, kargüzarlıq, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirir.

aia.az xəbər verir ki, bu, yeni hazırlanan “Arbitraj haqqında” qanun layihəsinin 11-ci maddəsində qeyd olunub. Belə ki, daimi arbitraj təşkilatı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmış və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) akkreditasiyadan keçmiş qeyri-kommersiya hüquqi şəxsidir.

Dövlət orqanları, bələdiyyələr, dövlət və bələdiyyələrə məxsus hüquqi şəxslər, publik hüquqi şəxslər( bu qanunda qeyd edilənlər nəzərə alınmaqla), siyasi partiyalar, dini qurumlar, Vəkillər Kollegiyası, Notariat Palatası və Mediasiya Şurası tərəfindən daimi arbitraj təşkilatlarının yaradılmasına yol verilməyəcək. Qanunla müəyyən edilmiş hallarda sahibkarların hüquq va qanuni mənafelərini müdafiə edən publik hüquqi şəxslər tərəfindən daimi arbitraj təşkilatları yaradıla bilər.

Daimi arbitraj təşkilatının adında "arbitraj məhkəməsi" sözlərindən istifadə edilməsi qadağandır. Daimi arbitraj təşkilatının adı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin adlarına bənzəməməli və ve səlahiyyətləri ilə əlaqədar mülki dövriyyə iştirakçılarını yanıltmamalı və ya yanılda bilən olmamalıdır.

Daimi arbitraj təşkilatının akkreditasiyası zamanı daimi arbitraj təşkilatının qanunun tələblərinə cavab verən qaydalara və azı 3 (üç) arbitrin daxil olduğu ilkin arbitr siyahısına malik olması, daimi arbitraj təşkilatının müstəqilliyi, fəaliyyətinin təşkili üçün müvafiq struktur bölmələrinin, o cümlədən həmin struktur bölmələrinin fəaliyyətini tənzimləyən daxili qaydaların, arbitraj proseslərinin idarə edilməsi üçün insan və maliyyə resurslarının və zəruri infrastrukturun mövcud olması, işçilərinə münasibətdə etik davranış qaydalarına, fəaliyyətin şəffaflığına və effektiv daxili nəzarətə dair sənədlərin qəbul edilməsi məsələləri qiymətləndirilir.

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Daimi arbitraj təşkilatının qaydalarında həmin təşkilat tərəfindən idarə olunan mübahisələrin növləri, onun funksiyaları, arbitraj icraatının aparılması qaydası, arbitraj icraatı zamanı arbitraj məhkəməsinin və daimi arbitraj təşkilatının səlahiyyətləri, arbitrlərin müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsi üçün tələblər, arbitraj xərclərinin tərkibi (o cümlədən arbitraj haqqının məbləği və ya onun müəyyən edilməsi) və onun bölüşdürülməsi, habelə işlərin saxlanması qaydaları və daimi arbitraj təşkilatının funksiyalarına aid digər məsələlər müəyyən edilir.

Bu müddəalar beynəlxalq və ya xarici daimi arbitraj təşkilatlarına tətbiq edilməyəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024