Novruzəli Aslanov: “Kütləvi məzarlıqlar mövzusu Kanada ilə Ermənistan arasında müəyyən paralellər aparmaq imkanı verir”
Tarix: 29-10-2023 | Saat: 16:51
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Bu günlərdə Ermənistanda rəsmi səfərdə olmuş Kanada xarici işlər naziri Melani Colinin Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlar və sanksiya hədələri ölkəmizə qarşı bəzi Qərb dairələrinin növbəti uğursuz siyasi təxribat cəhdi kimi qiymətləndirilməlidir. Əlbəttə, sual oluna bilər ki, niyə görə belə hücumlar üçün məhz özlərinin yaxın və uzaq keçmişləri insanlıq əleyhinə qanlı cinayətlərlə kifayət qədər zəngin olan ölkələr seçilir? Hesab edirəm bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. Əgər bu gün söhbət konkret olaraq Kanadadan gedirsə, ilk növbədə belə bir məqamı qeyd etmək lazımdır ki, bu dövlətin özünün təməli birbaşa yerli aborigen xalqların soyqırımları üzərində qurulub. Bu isə o deməkdir ki, bu ölkənin bir rəsmisinin, üstəlik hələ fransız kökənləri olan rəsmisinin kütləvi qırğınlar barədə kifayət qədər deməyə sözü var. Sadəcə olaraq Kanadanın özünə qarşı səsləndirilməli olan bir çox ittihamları, o cümlədən entik dözümsüzlüyə dair ittihamları hansısa digər bir ölkəyə qarşı yönləndirmək tələb olunur. Belə riyakarlıq isə, təəssüflər olsun ki, artıq çoxdan əksər Qərb siyasi dairələri üçün normal davranış qaydasına çevrilib.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Kanada ilə Ermənistan arasında müəyyən paralellər aparmaq üçün kifayət qədər əsaslar var: “Niyə məhz Kanada mövzusunu bir qədər də davam etdirsək, bu iki ölkə arasında yaxınlaşma görüntüsünü şərtləndirən daha bir neçə maraqlı məqamı qeyd edə bilərik. Məsələn, götürək elə Kanadanın dövlət gerbində əks olunmuş “dənizdən dənizə” ifadəsini. Düşünürəm ki, bu ifadənin “böyük Ermənistan” xəyalı ilə yaşayan erməni utopiyaçıları üçün nə qədər doğma və əziz olduğunu heç kəsə izah etməyə ehtiyac belə yoxdur. Həmçinin, yenə də Kanadanın gerbində bu ölkənin öz simvolikasının Valualar sülaləsinin hakimiyyəti dövründə qəbul edilmiş Fransa gerbi təsvirinin bilavasitə altında yerləşdirilməsi də hər iki ölkənin xarici himayəyə nəqədər meyilli olduğundan xəbər verir. Hərçənd müasir Kanadanın daha çox məhz ABŞ tərəfindən idarə olunduğu, xüsusən də bu ölkənin xarici siyasət kursunun “Ağ ev”də formalaşdırıldığı hamıya məlumdur. Yeri gəlmişkən, Ermənistanda ölkəsinin səfirliyinin açılması münasibətilə buraya səfər etmiş Kanadanın xarici işlər naziri də İrəvanda əldə etdiyi müəyyən “təcrübələri” öz ölkəsinə daşıya bilər. Məsələn, səfər çərçivəsində qondarma erməni soyqırımı memorialını ziyarət edən Melani Coli belə bir kompleksin öz ölkələrində də inşası barədə hökumət qarşısında təklif irəli sürə bilər. Təbii ki, bu abidə artıq uydurma erməni genosidinin uydurma qurbanlarının xatirəsinə deyil, Kanada ərazilərində yüz illər boyunca real soyqırımına məruz qoyulmuş hindu tayfalarının, fransız kolonialistlərinin kütləvi şəkildə qırdıqları yerli xalqların xatirəsinə həsr olunmalıdır. Yaxud da belə bir kompleksi Kanadanın Kamlups şəhərində 1890-cı ildən 1978-ci ilə qədər fəaliyyət göstərmiş və yerli gəncləri zorla assimilyasiya etmək məqsədi ilə hindu uşaqlarının məcburi qaydada gətirildikləri internat-məktəbin həyətində 2021-ci ildə təsadüfən aşkar edilmiş kütləvi uşaq məzarlığında cəsədləri tapılan 215 körpənin xatirəsinə həsr etmək olar. Yeri gəlmişkən, kütləvi məzarlıqlar mövzusu da Kanada ilə Ermənistan arasında müəyyən paralellər aparmaq üçün kifayət qədər uyğun mövzudur. Çox yaxşı olardı ki, Azərbaycana qarşı etnik təmizləmə kimi absurd ittihamlar irəli sürməkdən öncə xanım Coli məhz bu məsələlər barədə də yaxşıca düşünsün.”
Daha sonra N.Aslanov Kanadalı nazirin Bakını sanksiyalarla təhdid etməsinə münasibət bildirərək bunları deyib: “Az öncə də qeyd etdiyim ki, Kanadanın xarici işlər nazirliyi əslində heç bir real səlahiyyətə malk olmayan, ölkənin xarici siyasətinin formalaşdırılmasında hər hansı rol oynamayan formal bir qurumdur. Təbii ki, bu qurumun rəhbərinin ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamlar kimi, Kanadanın Azərbaycana hər hansı sanksiyalar tətbiq edə biləcəyinə dair hədələr də sadəcə boş sözlərdir. Amma Azərbaycan heç bir hədə-qorxu gəlmədən Kanadanın uranla təchizatını rahatlıqla əngəlləyə bilər. Məsələ bundadır ki, hazırda Kanada özünün urana olan ehtiyacını təmin etmək üçün bu maddəni Mərkəzi Asiya ölkələrindən alır. Radioaktiv maddə olan uranın hava yolu ilə daşına bilmədiyindən, bu maddənin Kanadaya çatdırılması yalnız Çin və yaxud da Azərbaycan üzərindən mümkündür. Çin məlum səbəblərə görə buna qətiyyən razılıq vermir. Nəticədə, Kanada bu məsələdə birbaşa Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandırmaqla kimin qarşı tərəfə sanksiya tətbiq etmək imkanına malik olması məsələsinə tam aydınlıq gətirə bilər” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024