Mobil versiya
"Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək” - Kurtulmuş
Tarix: 26-10-2023 | Saat: 15:38
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək” -

Azərbaycan Milli Məclisinin sədi Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) olub.

aia.az xəbər verir ki, bu barədə TBMM sədri Numan Kurtulmuş “X”də yazıb.

O bildirib ki, Türkiyə və Azərbaycan “iki dövlət, bir millət” anlayışı ilə bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrdə də əməkdaşlığı davam etdirir.

N.Kurtulmuş S.Qafarova ilə görüşü barədə bildirib ki, iki ölkə arasındakı əməkdaşlığı, regiondakı durumu müzakirə ediblər.

Onlar bölgədəki problemlərin tədricən həll olunduğunu vurğulayıblar.

“Həmçinin, Türkiyənin bütün platformalarda qardaş Azərbaycanın yanında olduğunu vurğuladıq. Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək”, - N.Kurtulmuş əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2025