Azərbaycan Texniki Universiteti – 2023-2024-cü tədris ilinin ilk ayı əlamətdar hadisələrlə zəngin olub
Tarix: 25-10-2023 | Saat: 19:41
Bölmə:Özəl / Təhsil | çapa göndər
Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılıb. 1991-ci ildən universitet indiki Azərbaycan Texniki Universiteti adını daşıyır. Hal-hazırda universitetdə maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələri əhatə edən 38 ixtisas üzrə bakalavr və 100-dən çox ixtisaslaşma üzrə magistr hazırlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 31 iyul 2019-cu il tarixindən Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor Vilayət Məmməd oğlu Vəliyev təyin edilib.
Artıq bu ildən bu qocaman ali təhsil müəssisəsi və elm ocağı barədə danışarkən mən də qürurla Universitetimiz kəlməsini işlədə bilərəm. Buna görə çox xoşbəxtəm.
Ötən ay universitetimizdə 2023-2024-cü tədris ilinə Bilik Günü və yeni tədris ilinin başlanmasına həsr olunan möhtəşəm bir tədbirin keçirilməsi ilə start verildi. Tədbirdə hörmətli rektorumuz Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Aerokosmik Agentliyinin direktoru Natiq Cavadov, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Qəzənfər Ağayev, universitetin müəllim-tələbə heyəti və valideynlər iştirak edirdilər. Bilik Günü münasibətilə təbriklərini çatdıran rektor Vilayət Vəliyev tələbələri yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edib və qeyd edib ki, bu il AzTU-nun bakalavriat səviyyəsinə 2300-ə, magistratura səviyyəsinə isə 1700-ə yaxın tələbə qəbul olunub. Həmçinin diqqətə çatdırılıb ki, universitetdə hər il müxtəlif reformalar aparılır və bu da tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Belə bir vacib məqamı xüsusi qeyd etmək lazımdır ki, beynəlxalq əlaqələrin genişləndirilməsi AzTU rəhbərliyinin hər zaman xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən olub. Universitet bu gün də öz ənənələrinə sadiq qalaraq bu istiqamətdə işləri uğurla davam etdirir. Elə bu günlərdə Qırğızıstanın Bişkek şəhərində keçirilmiş 5-ci Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresində Azərbaycan Texniki Universitetinin professoru Əmdulla Mehrabovun iştirakı da məhz bu məqsədə xidmət edir. Qırğızıstan-Türkiyə Manas Universiteti (KTMU), Niğde Ömer Halisdemir Universiteti (NOHU) və AzTU-nun əməkdaşlığı çərçivəsində təşkil olunmuş Konqresdə bir sıra vacib məsələlər müzakirə olunub. Professor Əmdulla Mehrabov konqres çərçivəsində “Yerli elektrikləşdirilmə üçün bərpa olunan günəş-külək hibrid enerji istehsalı: icmal” mövzusunda plenar məruzəçi kimi çıxış edib. Konqresin bağlanış sessiyasında 6-ci Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresinin 2024-cü ildə Bakıda AzTU-nun ev sahibliyi ilə keçirilməsi qərara alınıb.
Həmçinin oktyabrın 21-də İspaniyanın Madrid Texniki Universitetinin professoru Jorge Servert Universitetimizin qonağı olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Madrid Texniki Universiteti və AzTU arasında qarşılıqlı faydalı əməkdaşlıqdan danışan qonaq bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Rektor Vilayət Vəliyev tədris və tədqiqat sahəsində universitetlər arasındakı əməkdaşlıqla yanaşı, yaşıl enerji texnologiyaları, informasiya texnologiyaları və sənaye elektronikası kimi sahələrdə müəllim və tələbə müdbadiləsinin aparılması, birgə layihələrin icrası və tədbirlərin keçirilməsinin də əhəmiyyətli olduğunu bildirib. Görüş zamanı müvafiq sahələrdə ikili diplom proqramlarının həyata keçirilməsi imkanları barədə də fikir mübadiləsi aparılıb.
Gənclərin elmi yaradıcılığa yönəldilməsi, yeni nəsil mütəxəssislərin yetişdirilməsi kimi məsələlər də daim xüsusi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Texniki Universitetində yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına start verilib. Bununla bağlı bir müddət əvvəl keçirilən görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov, Milli Aviasiya Akademiyasının birinci prorektoru Ədalət Səmədov, Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) proqram rəhbəri Görkem Şimşek və hər iki ali məktəbin rəhbər şəxsləri iştirak ediblər. Qeyd olunub ki, “AzTU-Turkish Aerospace, MGP 2023.1” adlı proqram bu sahədə zəngin təcrübə və resursa malik TUSAŞ-ın xüsusi təcrübə proqramı əsasında həyata keçirilir. AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin koordinatorluğu ilə həyata keçirilən proqramda baza təhsilləri aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s. istiqamətlər olan namizədlər iştirak edirlər.
Sonda bir bir vacib məqamı da qeyd etməyi özümə borc bilirəm. Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında öz ərazilərini erməni işğalından azad etmək uğrunda apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsində Universitetimizin 300-ə yaxın məzun və tələbəsi iştirak edib. Onlardan 32 nəfəri şəhidlik zirvəsinə ucalıb. Bununla bağlı etdiyi çıxışıların birində rektor Vilayət Vəliyev vurğulamışdır ki, qazanılan Şanlı Qələbə ali təhsil müəssisələrinin qarşısında yeni vəzifələr qoyub. İşğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinə öz töhfəsini vermək üçün doktorantlar və gənc tədqiqatçılar səylə çalışmalıdırlar. Rektor qeyd edib ki, yeni nəsil texniki universitetlər sahibkarlıq ekosistemini və yüksək texnologiyalar bazarını formalaşdırmalı, ölkə iqtisadiyyatının qlobal rəqabət qabiliyyətini təmin etməlidir. Bu missiyaları həyata keçirmək üçün AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası hazırlanıb və universitetin Elmi şurası tərəfindən təsdiqlənib.
Birmənalı olaraq deyə bilərik ki, professor Vilayət Vəliyevin rəhbərliyi ilə Azərbaycan Texniki Universitetinin fəaliyyəti bu gün tam dolğunluğu və səmərəliliyi ilə davam etməkdədir. Universitetin professor-müəllim heyəti istər tələbələrin keyfiyyətli təhsil almaları və gələcək həyata tam hazırlıqlı olmaları, istərsə də AzTU-da aparılan elmi araşdırmaların səmərəliliyinin yüksəldilməsi üçün bütün imkanları düzgün şəkildə səfərbər ediblər.
Gülər Sultanzadə
Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024