Mobil versiya
Əsrarəngiz təbii gözəlliyə malik olan Qubadlı rayonu
Tarix: 25-10-2023 | Saat: 11:12
Bölmə:Siyasət / Özəl | çapa göndər

Əsrarəngiz təbii gözəlliyə malik olan  Qubadlı rayonu

1993-cü il avqustun 31-də Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Qubadlı rayonu Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edildi. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçdi, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşdü.
Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Ərazisi 802 kvadratkilometrdir. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilib.
Nəhayət o gün gəldi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordu birliyi nəticəsində Qubadlı rayonu işğaldan azad olundu. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı 44 günlük vətən müharibəsi nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyuldu. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladı. Vətən müharibəsində Qubadlı istiqamətində hərbi əməliyyatlarımızı apararaq düşmənə ardıcıl olaraq sarsıdıcı zərbələr endirmişdik. Ordumuzun uğurla və inamla irəli addımlaması ölkəmizin hər yerində böyük ruh yüksəkliyi ilə qarşılanırdı. Ölkədə xalq-iqtidar həmrəyliyi qələbəmizi şərtləndirən əsas amillərdən hesab olunurdu. Müharibə dövründə bütün vətəndaşlar bir amal uğrunda birləşmişdilər. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə xalqımız bir yumruq kimi səfərbər olaraq Ali Baş Komandanın ətrafında sıx birləşmişdilər”.Azərbaycan əsgəri işğal tarixlərini sildi. Artıq yeni tarixlər yazılıb. Bundan sonra biz əbədi olaraq hər il oktyabrın 25-də Qubadlı şəhəri gününü böyük həvəslə qeyd edəcəyik. 

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025