Ermənistan Qubadlıda apardığı qanunsuz məskunalşmaya görə də cavab verməlidir
Tarix: 24-10-2023 | Saat: 18:35
Bölmə:Siyasət / Özəl | çapa göndər
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Şanlı Ordumuzun 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı 44 günlük Vətən müharibəsinin gedişində qəhrəman hərbçilərimiz bir çox parlaq Qələbələrə imza atmışlar. O cümlədən, Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlamətdar olan 25 oktyabr 2020-ci il tarixi II Qarabağ savaşının gedişində ən əhəmiyyətli günlərdən biri oldu. Qubadlı şəhərində güclü istehkamların qurulmasına, həmçinin ətraf yüksəkliklərdə düşmənin hərbi birləşmələrinin yerləşdirilməsinə baxmayaraq, Azərbaycan Ordusunun peşəkarlığı və fədakarlığı sayəsində cəmi bir neçə gün ərzində Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Silahlı Qüvvələrimizin 15212 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə bu medalla ilə təltif edilmişdir. Vətən müharibəsi başa çatdıqdan az müddət sonra, 2020-ci il dekabr ayının 23-də Qubadlıya səfər edən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev burada müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bundan sonra Qubadlı özünün yeni inkişaf dövrünə qədəm qoydu.
Bu gün artıq işğaldan azad edilmiş bütün digər rayon və bölgələrimiz kimi Qubadlı rayonu da sürətlə bərpa edilir, yenidən qurulur. Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdıqdan sonra keçən üç il ərzində bu istiqamətdə böyük çox işlər görülüb, irimiqyaslı layihələrin icrasına start verilib.
Qeyd etmək lazımdır ki, bu gün işğaldan azad edilmiş rayonlara dövlət başçısının mütəmadi etdiyi səfərlər böyük əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı bir tərəfdən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası yerində yoxlanılır, digər tərəfdən də bu səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin real göstəricisi kimi çıxış edir. O cümlədən cənab Prezident İlham Əliyevin Qubadlıya etdiyi səfərlər zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimi, eləcə də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı olub. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, sovet vaxtında Qubadlı rayonu üzrə elektrik enerjisinin ümumi istehlakı 12 meqavat idi. Ancaq yeni istifadəyə verilmiş yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. İcrası başa çatmış bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Ümumilikdə isə, azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Həmçinin bu gün Qubadlıda yol infrastruktur işləri ən yüksək səviyyədə həyata keçirilir. Ötən müddət ərzində Qubadlı şəhərinin baş planı, rayonun kəndlərinin inkişaf konsepsiyası hazırlanıb. Baş plan ən müasir normalara uyğun hazırlanaraq, Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə apardığı möhtəşəm quruculuq işləri ilə bir daha bütün dünyaya göstərir ki, bu ölkə dünənə deyil, sabaha baxır və öz müdrik Prezidentinin rəhbərliyi ilə gələcəyini qurur. Lakin bu, bizim keçmişi, o cümlədən xalqımızın başına gətirilən fəlakətləri unudacağımız anlamına gəlməməlidir. Ölkəmizin 20 faiz ərazilərini 30 il müddətində işğal altında saxlamış Ermənistan bütün bu illər ərzində Azərbaycan torpaqlarında olmazın vəhşiliklər törətmişdir. Həmçinin erməni faşizminin və vandalizminin təsirlərindən ən çox ziyan görmüş rayonlarımızdan biri də məhz Qubadlı olmuşdur. 1993-cü ilin avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuş rayonda bütöv yaşayış məntəqələri, fərdi yaşayış evləri, inzibati binalar, məscidlər və digər obyektlər tamamilə dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Mindən artıq kənd təsərrüfatı obyekti, yüz kilometrlərlə avtomobil yolu, 2 su anbarı, beş min kilometr uzunluğunda elektrik xətləri, yüz kilometrlərlə magistral su və qaz boru xətləri, 18 ədəd dəyirman, su nasos stansiyaları, elektrik yarımstansiyaları və transformatorlar tamamilə dağıdılmışdır. İşğal nəticəsində rayondan otuz min nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Rəsmi İrəvan isə, bütün bunlar azmış kimi, Qubadlıda qanunsuz məskunlaşma da aparmışdır. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan digər ermənilərin pulu ilə rayonun Xanlıq kəndi ərazisində qəsəbə salınmışdır. Hansı ki, Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Azərbaycan xalqı bu cinayətləri heç zaman unutmayacaq.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-01-2025
14-01-2025