Mobil versiya
Bayramov və Mirzoyan arasında görüş keçirilə bilər
Tarix: 20-10-2023 | Saat: 17:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bayramov və Mirzoyan arasında görüş keçirilə bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan İranın paytaxtı Tehranda görüşə bilər.

aia.az “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında məlumat verib.

“Biz İran tərəfdən nazirlər səviyyəsində görüşlə bağlı dəvət almışıq. Hazırda iranlı həmkarlarımızla müzakirələr aparırıq. Yekun qərar barədə ictimaiyyətə açıqlama veriləcək”, - o deyib.

Nazir müavini bildirib ki, Türkiyə, Rusiya və İran nümayəndələri ilə görüşlərin keçiriləcəyi də ehtimal edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2025