Mobil versiya
"Dördüncü respublika nə vaxt qurulub?" - Siyavuş Novruzovdan Zahid Oruca sual
Tarix: 20-10-2023 | Saat: 12:21
Bölmə:Siyasət | çapa göndər

"Dördüncü respublika nə vaxt qurulub?" -

"Deputat Zahid Oruc 4-cü respublika ifadəsini işlətdi. Bu respublikanın izahatı verilsin görək ki, bu nədir? Bu, çox ziyanlı bir tendesiyadır".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

"Azərbaycanın dövlətçilik tarixini götürsək, 1918-1920, 1920-1991 və 1991-ci ildə müstəqilliyi bərpa etdik, bununla 3 oldu. Dördüncü respublika nə vaxt qurulub? Onu görən olubmu harada, nə vaxt və hansı formada quruldu? Odur ki, hörmətli Zahid müəllim deputatları bu məsələ barədə məlumatlandırsın. Bu dövlətimiz üçün vacibdir ki, sonra gedib başqaları bundan tarix düzəltməsin. Tarix birdir, yazan, inkişaf etdirən, ərazini alan da bəllidir. Bizim 4-cü respublikamız hələ olmayıb. Arzu etmirəm ki, olsun. Üçüncü respublikamız davam və inkişaf edir. Ərazilərimizi bərpa edirik və Azərbaycan dünyada öz sözünü deyir", - deyə deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025