Ulu Öndər Heydər Əliyev: Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir
Tarix: 17-10-2023 | Saat: 20:04
Bölmə:Özəl | çapa göndər
18 Oktyabr- Müstəqilliyin Bərpası Günü
1991-ci il 18 Oktyabr! Azərbaycan Respublikasının Müstəqilliyininin Bərpası Günü. 70 illik əsarətdən sonra xalq yenidən öz müstəqilliyinə qovuşmuşdu, öz dövlətçilik ənənələrini bərpa etmişdi. Lakin həmin zaman Azərbaycan çətin sınaqlar, böyük problemlər içində çabalayırdı. Bunlar bir neçə günə həll oluna bilən problemlər deyildi. Müstəqilliyin ilk illəri həqiqətən çox çətin idi. Bir tərəfdən müstəmləkə iqtisadiyyatından müstəqil iqtisadiyyata keçə bilməyən çökmüş iqtisadiyyat, xalqın fəlakət dolu maddi durumu, digər tərəfdən Qarabağda erməni hərbi birləşmələrinin təcavüzünün başlanması, kəndlərin, rayonların işğalı, faciələr, məcburi köçkünlər, onların yerləşdirilmə çətinlikləri, bütün bunlar azmış kimi Gəncə hərbi qiyamı, separatizm cəhdləri və üstəgəl hakimiyyətsizlik problemi böyük çətinlik törədirdi. Respublika rəhbərliyinin doğru düzgün insanların əlində olmaması, onların xalqın mənafeyini deyil, öz mənafelərini güdməsi və digər problemlər. Sadalayərkən belə bu qədər çətindirsə yoluna qoyula bilməyi nə qədər ağır olar. Məhz bu yerdə Ulu Öndər Heydər Əliyevin hamımızın əzbər bildiyi bir kəlamı qeyd etmək yerinə düşər: “ Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi,əbədi olması bundan da çətindir”.
Xalq öz çıxış yolunu bilirdi. Xalq 1969-82-ci illərini unutmamışdı, respublika doğru düzgün rəhbərliyini, xalq öz dahi şəxsiyyətini gözləyirdi. Bütün çıxış yolları bir şəxsiyyəti göstərirdi, xalqın əsas inam yeri, güc yeri olan Heydər Əliyevi. Elə Ulu Öndərin də əsas gücü xalq idi. Bunu Heydər Əliyevin öz sözləri ilə desək: “Xalq mənim gücüm, dayağım və inamımdır”. Xalq və Heydər gücü, məhz bu birlik gənc Azərbaycan Respublikasının çıxış yolu idi, pənahı idi. Azərbaycanlı olması ilə həmişə fəxr edən bu böyük dahi rəhbər öz əməlləri və fəaliyyəti ilə Azərbaycanda əsl müstəqilliyin bərqərar olmasını təmin etdi. Onun bu sahədə fəaliyyətini təkcə siyasi məsələlərlə məhdudlaşdırmaq olmaz. Çünki bura həm də iqtisadi, hərbi, sosial, mədəni və başqa sahələr də daxildir. Müstəqilliyin gücləndirilməsi Heydər Əliyevin həyat amalı idi. Elə Ulu Öndərin öz sözləri ilə desək: “Mənim üçün həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”. Bax beləcə addım-addım quruldu, yaradıldı Azərbaycan.
Müstəqilliyin ilk illəri- 1991 oktyabrdan 1993 iyun ayınadək olan dövr tariximizdə hər zaman acınacaqlı bir mərhələ kimi yad olunacaq. Həmin bu tarixi dövr kəsiyinin tarixi analizini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin analitik izahında baxaq. Prezidentimiz 2016-cı il 17 oktyabr tarixində müstəqilliyimizin 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çox maraqlı izahat verərək bildirdi ki, “ Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993 cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdi. Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Qarabağdan qovulurdular”. Həmin dövr üçün Prezident daha sonra qeyd edir ki, “o illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, cəmiyyətdə milli həmrəylik , milli birlik yox idi. Bütün bu amillərdən, xüsusilə Şuşanın və Laçın rayonunun işğal altında düşməsindən istifadə edərək – halbuki bu rayonların işğal altına düşməsində bilavasitə AXC-Müsavat qruplaşmasının rolu vardı, bu qruplaşma hakimiyyəti qanunsuz olaraq zəbt etmişdi və birinci dövrün ikinci dəhşətli mərhələsi başlamışdı”.
Prezident ikinci mərhələyə aydınlıq gətirərək qeyd edir ki, “ 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətinə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində silahlı adamlar dəstə-dəstə gəzirdi, insanlar incidilirdi. Baxmayaraq ki, Ermənistanla qanlı döyüşlər gedirdi” deyə qeyd edirdi Prezident.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
12:54 Sabah qar yağacaq