Azərbaycanın milli maraqları cənab Prezidentin siyasət strategiyasının əsasını təşkil edir
Tarix: 17-10-2023 | Saat: 15:28
Bölmə:Özəl | çapa göndər
Ölkə Prezidenti cənab İlham Əliyev bu vəzifəyə seçilməsinin 20-ci ildönümündə Azərbaycan xalqına daha bir qələbə sevinci, zəfər qüruru yaşatdı. 2023-cü ilin 15 oktyabr tarixində Ali Baş Komandan Ağdərə, Xocavənd, Xankəndi və Xocalı şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Həm siyasi, həm də mənəvi baxmdan xüsusi əhəmiyyət kəsb edən bu hadisədən düz 20 il əvvəl, 2003-cü ilin 15 oktyabrında Ölkə Prezidenti seçildikdən sonra xalqa müraciət edən möhtərəm dövlət başçımız söz vermişdi ki, daim Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. Bu gün artıq təkcə Azərbaycan ictimaiyyəti deyil, bütün dünya bilir ki, Azərbaycan Prezidenti hər zaman verdiyi vədlərinə əməl edir. Möhtərəm dövlət başçımız bu vəzifəyə seçildiyi ilk gündən müqəddəs üçrəngli bayrağımızı o vaxt hələ işğal altında olan bütün torpaqlarımızda, şəhər və kəndlərimizdə qaldırılmağı qarşısına əsas vəzifə olaraq qoymuşdu. Bu məqsədə nail olmaq üçün 20 il ərzində cənab Prezident İlham Əliyev Azərbaycanın güclənməsi, dünya miqyasında öz layiqli yerini tuta bilməsi üçün məqsədyönlü və çoxşaxəli fəaliyyət göstərdi, düşünülmüş və balanslaşdırılmış siyasət yürütdü. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanla dünyada hesablaşırlar. Artıq möhtərəm beynəlxalq təsisatlara uğurlu rəhbərlik təcrübəsi olan ölkəmizin bu və ya digər məsələlərlə bağlı mövqeyi qlobal coğrafiyada böyük önəm kəsb edir. Bir çox mühüm transmilli təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycan hazırda güclü iqitisadiyyata sahibdir. Qeyd olunmalıdır ki, məhz bu amil Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradılmasına əsas vermişdir.
Cənab Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidən xalqa etdiyi müraciətində xüsusi olaraq vurğuladı ki, əsl müstəqilliyə nail olmaq üçün ölkənin ilk növədə güclü iqtisadiyyatı və qüdrətli ordusu olmalıdır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başladığı ordu quruculuğu işini Ali Baş Komandan cənab İlham Əliyev 2003-cü ildən daha da gücləndirdi və uğurla davam etdirdi. Nəticədə Azərbaycan 17 il ərzində elə bir orduya sahib oldu ki, bu ordi istənilən vəzifəni şərəflə yerinə yetirməyə qadirdir. II Qarabağ savaşı da bunun ən bariz təsdiqidir. Üç il bundan öncə, Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün apardığı Vətən müharibəsinin nəticəsi olaraq Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Lakin ölkəmizdə Ordu quruculuğu işi tarixi Qələbəmizdən sonra da yüksək intensivliklə davam etdirilir. Çünki Silahlı Qüvvələrimiz bundan sonra təkcə ölkəmizin deyil, həmçinin bütün Cənubi Qafqazın təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.
Bu gün isə Azərbaycan Ordusu 2020-ci ilin noyabr ayında olduğundan da daha güclü və daha təkmildir. Bu ilin sentyabr ayının 19-da ermənilər bunu öz təcrübələrində bir daha hiss etməli oldular. Həmin tarixdə Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın tələblərinə zidd olaraq hələ də ölkəmizin ərazisində məskunlaşan Ermənistan ordusunun hərbi hissələrini tərk-silah etmək və ölkədən çıxarmaq, eləcə də Qarabağda separatizmin kökünü birdəfəlik kəsmək məqsədilə antiterror tədbiri keçirməyə məcbur oldu. Cəmi 23 saat davam edən bu əməliyyat Azərbaycan ordusunun gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. İstər Vətən müharibəsinin gedişində, istər tarixi Qələbəmizdən sonra keçən üç il ərzində müşahidə olunan proseslərdə, istərsə də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri və zabiti əsl şücaət, vətənpərvərlik, fədakarlıq və yüksək peşəkarlıq nümayiş etdirmişdir.
Bütün bunlara rəğmən bu gün bütün dünyada heç kimin haqqı yoxdur ki, Azərbaycanı nədəsə ittiham etsin. Çünki Azərbaycan münaqişənin sülh yolu ilə həllini, torpaqlarımızın geri qaytarılmasını 30 il səbr və təmkinlə gözlədik. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, uzun illər aparılan mənasız danışıqlar nəticə vermədi. Əslində bu danışıqlar heç bir nəticə verə də bilməzdi. Çünki beynəlxalq təşkilatların, vasitəçilik edən bir çox ölkələrin məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq idi. Ermənistanın işğalçı siyasəti tam olaraq belə deməyə əsas verir ki, onların bizə bir qarış da olsun torpaq qaytarmaq kimi niyyətləri yox idi. Lakin möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu vəzifəyə ilk dəfə seçildiyi gündən Vətən müharibəsinin başlanmasına qədər keçən 17 il ərzində hər zaman deyirdi ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq və heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın. Nəhayət 2020-ci ilin 27 sentyabrında Azərbaycan Vətən müharibəsinə başladı və bu müharibə cəmi 44 gün çəkdi. Noyabr ayının 8-də Şanlı Ordumuz Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və Azərbaycan hərbi əməliyyatları dayandırdı. Həmin tarixi Qələbədən üç keçməmiş Xankəndidə, Xocalıda və Qarabağımızın digər şəhərlərində müqəddəs üçrəngli Bayrağımızı qaldıran Ölkə Prezidenti cənab İlham Əliyev bir daha göstərdi ki, nəyi harada və nə zaman etməyin lazım olduğunu dövlətimizin başçısı özü yaxşı bilir.
Ulu Öndər Heydər Əliyevin xalqa və öz siyasi varisi cənab İlham Əliyevə ən böyük vəsiyyəti torpaqlarımızın işğaldan azad olunması idi. Çünki 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılmasından iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan alınaraq Ermənistana verilsin. Azərbaycanın Heydər Əliyevsiz qaldığı növbəti altı il dövlətimiz və xalqımız üçün ən faciəvi, böhranlı və təhlükəli illər kimi xatırlanır. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bütün mövcud təhdidləri aradan qaldırdı, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı. Məhz buna görə Azərbaycan xalqı tamamilə haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırır. Dövlət başçımızın xalqa müraciətində qeyd etdiyi kimi, Ulu Öndərin 100 illiyinin hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd olunması böyük rəmzi məna daşıyır. Ölkəmizin bütün ərazisində suverenliyinin tam bərpa edilməsi Azərbaycan xalqının öz Ümummilli Liderinin 100 illiyinə ən möhtəşəm töhfəsi oldu. Bu gün Ulu Öndərimizin, bu möhtəşəm Zəfər günlərini görmək nəsibi olmayan bütün şəhidlərimizin ruhları şaddır. Onların ruhlarını şad edən isə Azərbaycan xalqıdır, Ali Baş Komandanımızdır və Şanlı Ordumuzdur!
Kamran Qasımov,
YAP Tovuz Rayon Təşkilatının məsləhətçisi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər