Azərbaycan xalqı öz Ali Baş Komandanı və Silahlı Qüvvələri ilə fəxr edir
Tarix: 17-10-2023 | Saat: 12:39
Bölmə:Siyasət / Özəl | çapa göndər
2023-cü ilin 15 oktyabrı Azərbaycanın şanlı dövlətçilik tarixinə ən şərəfli əlamətdar günlərdən biri kimi yazıldı. Bu tarixi həmin gün Ağdərədə, Xankəndidə, Xocalıda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını qaldıran Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali BaşKomandanı cənab İlham Əliyev yazdı. Düz 20 il bundan öncə Azərbaycan xalqı etimad göstərərək cənab İlham Əliyevi Ölkə Prezidenti seçdi. O zaman möhtərəm dövlət başçımız doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını hər zaman müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Həmin tarixi gündən sonra keçən müddət ərzində müəyyən olunmuş bütün vəzifələr icra edildi.
Oktyabrın 15-də Xankəndidən xalqa müraciət edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı bütün bu illər ərzində hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Dövlət başçımız tərəfindən 20 il əvvəl müəyyən edilmiş bu məqsəd isə Azərbaycan Bayrağının o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılmasından ibarət idi. Bu məqsədə yetişmək üçün dövlət başçımız iyirmi il ərzində Azərbaycanın güclənməsi, dünya miqyasında öz layiqli yerini tuta bilməsi üçün məqsədyönlü addımlar atdı, möhtəşəm işlər gördü. Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bu gün Azərbaycanla bütün dünyada hesablaşırlar. Artıq ölkəmizin mövqeyi qlobal coğrafiyada böyük önəm daşıyır. Bir çox hallarda mühüm beynəlxalq təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycan hazırda güclü iqitisadiyyata sahibdir və məhz bu amil Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradılmasına əsas vermişdir.
Bu il Azərbaycanda, eləcə də bir sıra dost xarici ölkələrdə il boyu Ulu Öndər Heydər Əliyevin yüz illiyi böyük təntənə ilə qeyd olunur. Cənab Prezident İlham Əliyevin xalqa müraciətində qeyd olunduğu kimi, bu gün Ümummilli Liderimizin də, Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin də ruhları şaddır. Çünki Azərbaycan xalqı öz müdrik Prezidentinin və Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Ulu Öndərin ən böyük vəsiyyətinə əməl edərək düşməni torpaqlarımızdan qovdu, Qarabağı və Şərqi Zəngəzuru yenidən Azərbaycana qaytardı. Məlumdur ki, 1923-cü ildə bolşevik Rusiyasının tələbi ilə Azərbaycan torpağında yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin də ən çiçəklənən dövrü məhz 1969-1982-ci illərə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə bir vacib məqamı da qeyd etmək lazımdır ki, Ulu Öndərimizin respublikaya rəhbərlik etdiyi həmin illərdə, eləcə də Heydər Əliyevin Moskvada, SSRİ rəhbərliyində çalışdığı dövrdə bütün Qarabağda insanlar sabitlik və əmin-amanlıq şəraitində yaşayırdılar. Lakin 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldıqdan sonra bu vəziyyət kəskin şəkildə dəyişdi. Bu hadisədən iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan ayrılaraq Ermənistana verilsin. Maraqlıdır ki, Moskvada oturan bir erməni millətçisi tərəfindən qaldırılan bu məsələ həmin vaxt məhz bir Fransız qəzetində Avropa ictimaiyyətinə təqdim olundu. Bundan sonra Erməni millətçiləri Xankəndini faktiki olaraq zəbt etdilər. Bu gün Azərbaycan Prezidentinin müqəddəs Bayrağımızı qaldırdığı meydanda həmin illərdə ard-arda anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilirdi və bu, millətçiləri daha da ruhlandırırdı. Cəmi altı il Heydər Əliyevsiz qalmış Azərbaycanın başına bu müddət ərzində olmazın faciələr gəldi. Öz çıxışında cənab Prezident İlham Əliyev son dərəcə dəqiq vurğuladı ki, bu gün o tarixə qayıdarkən və həmin hadisələri təhlil edərkən bir daha görürük ki, heç bir şey təsadüfi olmayıb və faktiki olaraq baş verənlərə münasibətdə mahiyyət etibarı ilə heç nə dəyişməyib. Həmin ölkələr ki, 1992-1993-cü illərdə Ermənistanın yanında idi, erməniləri işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı, 30 il sonra da eyni ölkələr Ermənistanı yeni hərbi avantüralara təhrik edirlər. Lakin onlar fərqinə varmaq istəmirlər ki, bununla erməni xalqını daha böyük faciələrə sürükləyə bilərlər.
İstər 2020-ci ildə II Qarabağ savaşına başlayarkən, istərsə də keçən ay antiterror tədbiri həyata keçirərkən Azərbaycan faktiki olaraq bu addımları atmağa məcbur edilmişdi. Çünki, Ermənistan xarici havadarlarının dəstəyi ilə zəbt etdiyi torpaqların bir qarışını belə geri qaytarmaq niyyətində olmadığını artıq dəfələrlə nümayiş etdirmişdi. Həmçinin, bu məsələ ilə məşğul olmuş vasitəçilər də faktiki olaraq münaqişənin həllinə yox, onun dondurulmasına çalışır, münaqişəni əbədi etmək istəyirdilər. Buna görə də ilk növbədə Azərbaycan 2020-ilin sentyabr ayının 27-də sonradan Vətən müharibəsinə çevrilmiş əks-hücum əməliyyatlarına başladı. Vətən müharibəsi cəmi 44 gün çəkdi. Şanlı Ordumuz Şuşanı azad edəndən sonra düşmən təslim oldu və kapitulyasiya aktını imzaladı. Lakin aradan keçən üç il ərzində Ermənistan Vətən müharibəsinin nəticələrindən dərs götürmədiyini ölkəmizə qarşı davam etdirdiyi təxribatları və hərbi diversiyaları ilə göstərdi. Buna görə də bu il sentyabrın 19-da Azərbaycan Ermənistanın təxribatlarına, eləcə də ölkə ərazisində separatizmin qalıqlarına son qoymaq məqsədilə antiterror tədbiri keçirməyə məcbur oldu. Cəmi 23 saat davam edən antiterror əməliyyatı dövlətimizin və ordumuzun gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycan xalqı, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, haqlı olaraq Silahlı Qüvvələri ilə fəxr edir. İyirmi il ərzində Azərbaycanda elə bir gənc nəsil yetişmişdir ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idilər və bunu qürurla edirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025