Mobil versiya
Azərbaycan vətəndaşları İsraildən təxliyə olunacaq? - XİN-dən AÇIQLAMA
Tarix: 16-10-2023 | Saat: 10:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan vətəndaşları İsraildən təxliyə olunacaq? -

Hazırda Azərbaycan vətəndaşlarının İsraildən təxliyə olunması planlaşdırılmır.

aia.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

"Təxliyə ilə bağlı kütləvi müraciətlər yoxdur. İstəyənlər mütəmadi reyslərlə gəlirlər", - deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025