Gələcəyə baxış
Tarix: 16-10-2023 | Saat: 08:55
Bölmə:Siyasət / Özəl | çapa göndər
Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 16 oktyabr 2012-ci ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Zirvə toplantısının yekununda Bakı bəyannaməsi qəbul edilib.İƏT-ə üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər.
İƏT-in Aşqabadda keçirilən Zirvə Görüşünü Azərbaycan üçün olduqca uğurlu qiymətləndirmək olar. Zirvə Görüşündə qəbul edilmiş “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə Azərbaycanın maraqlarına cavab verən müddəaları ehtiva edir. “... İşğal olunmuş ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan Respublikası Hökumətini və Xalqını təbrik edərək və bunun mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanaraq, üzv dövlətləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə və yenidənqurma işlərinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırırıq...”, - sənəddə deyilir.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.
Bu fikirlər Prezident İlham Əliyevin Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsinə görə təşəkkürünü bildirib.
Müraciətdə, həmçinin, ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.
Bölgədə mövcud vəziyyət və postmünaqişə dövrünün reallıqlarına toxunan ölkə başçısı müraciətdə qeyd etmişdir: “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.”
Cənab Prezident İlham Əliyev artıq keçmişə yox, gələcəyə baxmağın, regionun inkişafı və sülh üçün mübarizə aparmağın vacibliyini bir daha vurğulamış və İƏT-ə üzv ölkələri də bu prosesdə fəal iştiraka çağırmışdır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər