Mobil versiya
İkinci Dünya müharibəsindən qalma bomba aşkarlandı
Tarix: 19-04-2026 | Saat: 16:46
Bölmə:Ölkə | çapa göndər

İkinci Dünya müharibəsindən qalma bomba aşkarlandı


Fransanın paytaxtı Paris yaxınlığında yerləşən Kolomb kommunasında (O-de-Sen departamenti) İkinci Dünya müharibəsi dövründən qalma aviabombanın zərərsizləşdirilməsi əməliyyatı ilə əlaqədar 15 minə yaxın insan təxliyə edilib.

"aia.az" xəbər verir ki, bu barədə məlumatı Fransanın "ici" radiosu yayıb.

Məlumata görə, partlamamış aviabomba ərazidəki yerli tikinti meydançalarından birində aparılan işlər zamanı aşkar edilib. Təhlükəsizlik məqsədilə bombanın ətrafında 450 metr radiusunda mühafizə perimetri yaradılıb və həmin ərazidə yaşayan sakinlərin dərhal uzaqlaşdırılmasına başlanılıb.

Əməliyyatın təhlükəsiz və sürətli keçirilməsi üçün dövlət xidmətlərinin 800-dən çox əməkdaşı səfərbər edilib. Onların arasında 346 polis əməkdaşı təxliyə və təhlükəsizlik tədbirlərinə rəhbərlik edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə