Mobil versiya
Müasir dövrün yeni lideri Prezident İlham Əliyev
Tarix: 15-10-2023 | Saat: 10:15
Bölmə:Siyasət / Özəl | çapa göndər

Müasir dövrün yeni lideri Prezident İlham Əliyev

15 oktyabr 2003-cü il tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs vermişdir. Bu xalqın öz səsinin Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Bu səs həmdə ulu öndər Heydər Əliyevin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərinə cavab olaraq xalqın bir etimadı idi. Azərbyacan Respublikasının  Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin, dostlarının qardaş olan ölkələrinin mütləq sayını artırılmasına hesablanmışdır.  Azərbyacan Respublikasının iqtisa-diyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Ölkəmiz üçün mühüm və nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Dövlət başçısının ölkəmizin uğurlu gələcəyinə istiqamətlənmiş siyasəsətin əsas proritet istiqamətərindən biri də məhz gənclər siyasətidir. Olimpiya İdman Komplekslərinin inşası, dövlət gənclər siyasətinin inkişaf etdirilməsinə, gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına,  minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
Azərbaycanın 20-il ərizndə apardığı daxili və xarici siyasətin nəticəsində yaranan  regional təşəbbüslər ölkəmizin möhkəmlənməsinə, bölgədəki qarşılıqlı əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Dövlət başçısının yürütdüyü uğurlu xarici siyasət nəticəsində qürurla demək olar ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, və bununlada dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.  Prezident İlham Əliyev ölkəmizin xarici əlaqələrini genişləndir-məklə, beynəlxalq arenadakı nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb. Dövlət başçısının uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Bunların fonunda Cənab İlham Əliyevin ən ali məqsədi müassir Azərbaycanın əbədi yaşar memarı ümummili lideri Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi. Ali Baş Komandan bu vəsiyyətin yerinə yetirildiyinin məhz Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın işğaldan azad olunduğu günündə məruzə etməyi bir simvolik məna kəsb edirdi. Çünki, ulu öndər Heydər Əliyev öz nitqində daim qeyd edirdi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiy-yətlə, Azərbaycan yoxdur” . Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə Prezident kimi rəhbərlik etdiyi 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub. Ərazi bütövlüyümüzün və tam suverenliyimizin bərpa olunması cənab İlham Əliyevin siyasətinin şah əsəridir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev son 20 ildə xalqımızın ulu öndər Heydər Əliyev siyasətinə və idealogiyasına sonsuz sədaqət nümayiş etdirək, onu yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirdi. 

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024