Mobil versiya
14 oktyabr Sənan Ağazadənin şəhadətə qovuşduğu gündür -Foto
Tarix: 14-10-2023 | Saat: 15:58
Bölmə:Özəl | çapa göndər

14 oktyabr Sənan Ağazadənin şəhadətə qovuşduğu gündür

Qəhrəmanlıq nümunəsi

Mənfur erməni dığaların işğal etdiyi  Qarabağın taleyi  Lənkəran rayonu, Göyşaban kəndində doğulub boya-başa çatan Sənan Nizami oğlu  Ağazadəni çox düşündürürdü. Bunu heç cür müdriklər beşiyi, qəhrəmanlar yurdu, canından artıq sevdiyi doğma  Azərbaycanın qeyrətinə, şöhrətinə sığışdıra bilmirdi . Odur ki, sinəsini yanar od edib yağıdan öc almaq məqsədilə  2019-cu il iyulun 22-də  hərbi xidmətə yollanır.   Əsgərliyi cəbhə bölgəsinə  düşən Sənan hərbi paltar geyinib  müqəddəsliyini  hər şeydən əziz  bildiyi  Vətəninin daşına, torpağına qurban deyib   onun keşiyində  dayanır.
İlk gündən  adına öyündüyü   Azərbaycana   nümunəvi xidmət göstərməklə  hərbi hissədə zabitlərin, əsgərlərin sevimlisi olur.  Cəsurluğu, mərdliyi, igidliyi, vətənpərvərliyi,  saflığı  qatıldığı təlimlərdə  Sənana uğur qazandırır. Həmişə də  deyir ki, Qarabağımızı işğalda saxlayan  yağı düşməndən tezliklə  qisas alınmalıdır. Bu yolda  ölmək belə hər bir qeyrətli oğul üçün şərəfdir.  Çünki  şəhid  qanı axmayan  torpaqdan Vətən olmaz.
Nəhayət Sənanın Vətənə olan sonsuz məhəbbət   hissi İkinci Qarabağ müharibəsində tam özünü göstərir.  30 il həsrətində olduğumuz haqq   savaşımızın ilk   günündə Azərbaycan  Silahlı Qüvvələrin əsgəri  Sənan  qeyrətli oğullar sırasında  ölümün gözünə dik baxmaqla, Vətənin harayına  səs verir, odlu-alovlu  səngərdə  yerini alır.  İştirak  etdiyi  bir-birindən ağır müharibə meydanlardan   yalnız qələbə sorağı gəlir.  İgid əsgərin Vətənə, torpağa bağlılığı  sanki döyüşdən-döyüşə ona yeni  güc verir.  Erməni dığalarına qarşı sərraf tuşlayıcı kimi vuruşur, onlara göz açmağa imkan vermir. Göstərdiyi hünər, düşmənə  vurduğu sarsıdıcı  zərbələr gündən-günə artır. Cənnət-məkan Qarabağımızın hər kəndi uğrunda gedən qanlı müharibədə yağının çoxsaylı  canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv etməklə ürəyində bəslədiyi  qisasını ondan  ala  bilir.
Sənanın  axırıncı  savaşı dığalarla  oktyabrın  14-də olur. Füzuli rayonunda başlanan  ağır müharibə meydanında son damla qanına qədər  döyüşür. Canını Vətəninə, torpağına  fəda edəndə ömrünün  20-ci  baharına qədəm  qoymuşdu.
Bəli, milyonların ürəyində  öz şərəfli ölümü ilə  mərdlik, igidlik, simvoluna  çevrilən  Sənan Ağazadə  dövlət tərəfindən  “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”  medallarla təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə