Mobil versiya
Yeni şanlı səhifə
Tarix: 14-10-2023 | Saat: 15:48
Bölmə:Özəl | çapa göndər

Yeni şanlı səhifə

Dövlətimizin inkişafının son 20 ili məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 15 oktyabr 2003-cü il İlham Heydər oğlu Əliyev xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan Respublikasının prezidenti seçildi. Çağdaş Azərbaycan Prezident İlham Əliyev ilə növbəti siyasi yüksəlişinin dövrünə qədəm qoydu. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyev 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1993-cü ilin iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan xalqının taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtəsi oldu. XX əsrin sonu - XXI əsrin əvvəllərində Ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşdı. Ümummilli Liderin hakimiyyətə gəlişindən etibarən Respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər, iqdisadi islahatlar müsbətə doğru geniş vüsət aldı. Qısa zaman çərçivəsində iqdisadi nəaliyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi və milli – mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır.
1961-ci il 24 dekabrda Bakı şəhərində anadan olan İlham Əliyev 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil aldıqdan sonra 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
20 il ərzində keçirilən seçkilərin (2003-cü il oktyabrın 15-də 76%, 2008-ci il oktyabrın 15-də 88,73%, 2013-cü il oktyabrın 9-da 84,54%, 2018-ci il aprelin 11-də 86,02%) hər birində Azərbaycan xalqının böyük əksəriyyətinin istəyi ilə ölkəyə rəhbər seçilib. Azərbaycan xalqı hər zaman prezidentinə güvənir və dəstəkləyirdi. Əmin idik ki, ölkə başçısı Qarabağ münaqişəsinə son qoyaraq ərazi bütövlüyümüzü təmin edəcək. Biz bu gün cənab prezidentimizin verdiyi hər bir sözü yerinə yetirildiyinin şahidiyik. Nəinki Qarabağ münaqişəsinə son qoyuldu, həmçinin əlində azərbaycanlıların qanı olan hər bir cinayətkar məsuliyyət cəlb olunur. Şəhidlərimiz, o cümlədən əli silahsız, dinc əhalimizin qatilləri həm döyüş meydanında, həm də Azərbaycan Respublikasının qanunları qarşısında cavab verirlər. Son günlərdə keçirilən anti-terror tədbirləri nəticəsində kriminal xunta rejiminin nümayəndələrinin məsuliyyətə cəlb olunaraq paytaxt Bakıya gətirilməsi dövlətimizin növbəti uğurudu.
2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı. Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. 44 gün davam edən Vətən Müharibəsi tariximizin, eləcə də Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı cənab prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, qüdrətini nümayiş etdirdi. Azərbaycan, 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad edərək, düşmənə sarsıdıcı zərbələr endirərək, Ermənistanı məğlub etdi. Bu məğlubiyyətin nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza ataraq təslim oldu, 3 rayonumuz bir güllə atılmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytarıldı. İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi. Azərbaycan nəinki hərb meydanı, siyasi arenada da qalib gəldi. Bu gün dünyanın bir çox qabaqcıl ölkələrinin hərbi məktəblərində 44 günlük Vətən müharibəsi dərs olaraq keçilir, nümunə göstərilir.
Cənab prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu illər ərzində mütəmadi olaraq şəhid ailələri, müharibə iştirakçıları, müharibə əlilləri həmçinin keçmiş məcburi köçkünlərlə görüşlər keçirirlər, onların problemləri ilə dərindən maraqlanırlar.
Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyevin ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edəcək. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha da əzmkarlıqla çalışmalıyıq.

Yusifova Ülkər,
Yeni Azərbaycan Partiyasının gənc fəalı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə