Mobil versiya
Müharibəni qaçılmaz edən İrəvanın təxribatçı siyasəti
Tarix: 14-10-2023 | Saat: 11:20
Bölmə:Siyasət / Özəl | çapa göndər

Müharibəni qaçılmaz edən İrəvanın təxribatçı siyasəti

Azərbaycana qarşı törədilən terror aktlarının əsas məqsədi, riyakar və mənfur düşmənin ölkə rəhbərliyi döyüş meydanındakı məğlubiyyətini pərdələyərək mülki şəxsləri qətlə yetirməklə nüfuzunu yüksəltməyə çalışır. Ermənistanın təxribatları və hərbi cinayətləri 2020-ci ilin sentyabrın 27-sin də başlayan və cəmi 44 gün davam edən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsinin başlanmasına və ən əsasıda Ermənistan ordusunun tamamilə darmadağın olması gətirib çıxardı. Bunu acı sonluğu kimi, Ermənistan kapitulasiyaya imza atdı və təslim oldu. Tarixə nəzər salsaq Vətən müharibəsi zamanı işğalçı Ermənistan silahlı qüvvələrinin cəbhədən kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozması nəticəsində vətəndaşlarımızın həlak olması düşmənin açıq-aşkar beynəlxalq hüquq normalarını və prinsiplərini heçə sayması deməkdir. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində 21 nəfər həlak olub, 70 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. 2020-ci il sentyabr ayının 21-dən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymaması dünya ictimaiyyəti tərəfindən ümumbəşər dəyər və beynəlxalq hüquq prinsiplərinin pozulması kimi qəbul edilməli və hərbi cinayət aktları qəti şəkildə pislənməlidir! Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı zamanı son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir. 2020-ci il noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Xarıbülbülün Vətəni, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Həmçinin,  tam qələbəmizi  müjdələ-yən  zəfər oldu. Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciətində demişdir ki, “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir”.Qarabağa qovuşan Azərbaycan tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı. Mənfur və işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu zəfəri, qələbəni bizlərə yaşadan isə ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Azərbaycan cari ilin 19 sentyabr tarixində bir sutkadan da az bir müddətdə 23 saat 43 dəqiqə ərzində lokal antiterror tədbirləri nəticəsində erməni separatçılara ağ bayraq qaldırmaqa və təslim olmağa məcbur etdi. Bu tədbirlərin yekun nəticəsi olaraq Azərbaycan öz ərazi suverenliyini tam bərpa etdi. Həm Vətən müharibəsi, həmdə lokal antiterror tədbirləri dünya hərb meydanına qızıl hərflərlə yazılan döyüşlər oldu. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan regionda söz sahibinə çevrilərək beynəlxalq hərb tarixinə gücünü nümayiş etdirdi. Əlbətdə şəhidlərimiz və yaralılarımız oldu. Allah bütün şəhidlərimizə rəhmət qazilərimizə isə möhkəm can sağlığı diləyirik.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024