Cənab Prezident İlham Əliyevin İƏT-ın NŞ-ın 27-ci iclasının iştirakçılarına ünvanladığı tarixi məktubu dünyaya bir mesajdır
Tarix: 14-10-2023 | Saat: 09:45
Bölmə:Özəl | çapa göndər
Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası ölkəmizdə, Şuşa şəhərində keçirilmişdir. Əlbəttə, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi özü dövlətimiz üçün, dövlətimizin siyasi, iqtisadi əlaqələrinin, beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Daha əvəllər də İƏT-in 9-cu və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilmiş və Bakı Bəyannamələri qəbul edilmişdir. Cari ildə isə bu nüfuzlu beynəlxalq tədbirin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi bizim üçün çox əlamətdar olan bu hadisəni daha da dəyərli etmişdir. Şuşa Azərbaycanın tarix və mədəniyyət simvolu, həmçinin dostluğun, qardaşlığın, qəhrəmanlığın simvoludur. İşğaldan azad olunduqdan sonra şəhərdə sürətlə təmir-bərpa işləri aparıldı və 3 il kimi qısa müddət ərzində Şuşada artıq dəfələrlə iri miqyaslı, o cümlədən beynəlxalq tədbirlər keçirilib. Bunlar Qarabağa qayıdışın reallaşmasının, cənab Ali Baş Komandanın “əziz Şuşa, biz səni dirçəldəcəyik” sözlərinin həyata keçirilməsinin bariz sübutudur. Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi həm də ölkəmizin Cənubi Qafqazda yaratdığı reallıqların, bərpa etdiyimiz tarixi ədalətin, Şuşanın-Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu reallığının bütün dünyada qəbul olunmasından xəbər verir. Şuşa şəhəri həm də 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilmişdir.
1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlanır və Azərbaycan 1992-ci ildən Təşkilata üzv qəbul olunmuşdur.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərimizə xüsusi əhəmiyyət veririk. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Cənab Prezidentimiz həm İƏT səviyyəsində, həm də ümumiyyətlə regionumuzda əməkdaşlığın bütün sahələrdə genişlənməsinin hər zaman tərəfdarı və ən böyük dəstəkçisidir. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək 3+3 əməkdaşlıq formatını irəli sürən də məhz Azərbaycan olmuşdur.
Azərbaycan həmçinin regionun ən etibarlı tranzit ölkələrindən biridir, bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunması İƏT ölkələri arasında tranzit və daşıma imkanlarını daha da genişləndirəcək. Cənab Prezident İlham Əliyev hər fürsətdə ölkəmizin həm boru kəmərləri, həm dəmir yolu vasitəsi ilə ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
11-01-2025
10-01-2025