Mobil versiya
Bolqarıstan Rusiya qazının Avropaya tranzitini çətinləşdirib
Tarix: 13-10-2023 | Saat: 21:09
Bölmə:Özəl / Dünya | çapa göndər

Bolqarıstan Rusiya qazının Avropaya tranzitini çətinləşdirib

Bolqarıstan hakimiyyəti Rusiya boru kəməri qazının öz ərazisindən Avropa İttifaqı (Aİ) ölkələrinə tranzitinə vergi tətbiq edib. Müvafiq qanun layihəsi yerli hökumətin saytında dərc olunub.Sənəd boru kəmərləri şəbəkəsi ilə Bolqarıstana daxil olan Rusiya mənşəli qazın hər meqavat-saatına (təxminən 100 kubmetr) görə 20 Bolqarıstan levi (hazırkı məzənnə nəzərə alınmaqla təqribən 10,76 dollar) rüsumun tətbiqini nəzərdə tutur. Qanun layihəsinin müddəaları 2023-cü il oktyabrın 13-dən qüvvəyə minir. Ekspertlər hesab edirlər ki, Bolqarıstan hakimiyyətinin yeniliyi Rusiya boru kəməri qazının Aİ ölkələrinə tranzitini çətinləşdirəcək və Avropa enerji bazarında gərginliyi artıra bilər.
Hazırda Bolqarıstan marşrutu Rusiyadan Avropaya qaz nəqli üçün qalan azsaylı marşrutlardan biri olaraq qalır. Balkan ölkəsinə yanacaq “Türk axını” ilə verilir. Bolqarıstan üzərindən tranzit qiymətlərinin qalxmasından sonra Şərqi və Cənubi Avropanın bir sıra ölkələri, o cümlədən Macarıstan və Serbiya tədarükün azalması riski ilə üzləşə bilər.2022-ci ilə qədər Rusiyanın “Qazprom” enerji holdinqi Bolqarıstana boru kəməri qazının əsas təchizatçılarından biri olub. Lakin yerli hakimiyyət yanacağın pulunu rublla ödəməmək qərarına gəldikdən sonra inhisarçı Balkan ölkəsinə birbaşa ixracdan imtina edib. Bolqarıstan da öz növbəsində Türkiyə də daxil olmaqla alternativ təchizatçılara keçdi.Sentyabrın sonunda Bloomberg Bolqarıstan hakimiyyətinin "Lukoyl"a məxsus yerli Neftohim Burqas neft emalı zavoduna Rusiya neftinin tədarükünü qadağan etmək niyyətini bildirmişdi. 2024-cü ilin oktyabrına qədər idxalın tamamilə dayandırılması planlaşdırılır. Xammal tədarükünün tədricən azaldılması 2023-cü ildə başlayacaq və gələn il də davam edəcək. Bolqarıstan hakimiyyətinin qərarı onunla əlaqədardır ki, Aİ sanksiyaları 2024-cü ilin sonuna qədər blokun bütün ölkələri üçün Rusiya neftinin dəniz idxalına qadağa qoyulmasını nəzərdə tutur.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025