Mobil versiya
Əfqanıstanın Baqlan əyalətində məsciddə partlayış baş verib
Tarix: 13-10-2023 | Saat: 19:06
Bölmə:Özəl | çapa göndər

Əfqanıstanın Baqlan əyalətində məsciddə partlayış baş verib

Əfqanıstanın şimalındakı Baqlan əyalətinin paytaxtı Pul-e-Xumridə şiə müsəlmanlarına məxsus məsciddə törədilən partlayış nəticəsində çoxlu sayda yaralı var.

Şahidlərin sözlərinə görə, partlayış cümə namazı zamanı baş verib, İmam Zaman (ə) məscidində ibadət edənlər arasında çoxlu ölü və yaralı var.

Bağlan İnformasiya və Mədəniyyət Departamentinin direktoru Mustafa Haşimi ibadət edənlərin partlayış nəticəsində öldüyünü və yaralandığını təsdiqləyib.

O, partlayışın növü və tələfatların dəqiq sayı ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb və təfərrüatların ilkin qiymətləndirmələrdən sonra paylaşılacağını bildirib.

Baqlandan olan başqa bir mənbə isə partlayış nəticəsində ən azı 17 nəfərin şəhid olduğunu, daha "onlarla insanın" yaralandığını bildirib.

Əfqan olmayan xarici ölkələr tərəfindən maliyyələşdirilən Əl-Qaidə ilə əlaqəli İŞİD təkfirçi terrorçuları tərəfindən həyata keçirilən terror aktlarının imza izlərini daşıyan partlayışa görə hələ heç bir qrup və ya şəxs məsuliyyəti üzərinə götürməyib.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025