Mobil versiya
Rusiya XİN rəhbərinin müavini İran səfiri ilə “3+3” formatını müzakirə etdi
Tarix: 13-10-2023 | Saat: 17:17
Bölmə:Siyasət | çapa göndər

Rusiya XİN rəhbərinin müavini İran səfiri ilə “3+3” formatını müzakirə etdi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə bir sıra məsələləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

aia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

“Bir sıra aktual beynəlxalq və regional məsələlər müzakirə edilib. Cənubi Qafqazdakı vəziyyətin nəzərdən keçirilməsi kontekstində “3+3” platformasının işinin bərpasının vacibliyi qeyd edilib”, - məlumatda bildirilib.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Bakı ilə “3+3” formatı çərçivəsində danışıqlara hazırdır.

Qeyd edək ki, "3+3" formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025