Kürdəmirdə “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 20 ildə davamlı olaraq inkişaf edib, güclənib, regionda güc mərkəzinə çevrilib” adlı dəyirmi masa keçirilib -Fotolar
Tarix: 13-10-2023 | Saat: 16:03
Bölmə:Özəl / Parlament | çapa göndər
13 oktyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi ilə əlaqədar “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 20 ildə davamlı olaraq inkişaf edib, güclənib, regionda güc mərkəzinə çevrilib” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, ərazi partiya təşkilat sədrləri, partiya fəalları iştirak ediblər.
Tədbir başlamazdan öncə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş söz ilə açan Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, 20 il əvvəl 15 oktyabr Azərbaycan üçün xüsusi günlərdən biri kimi tarixə düşdü. Həmin gün keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil etdi. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilər cənab İlham Əliyevə səs verərək Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına yenidən etimad göstəmiş oldular. Həmçinin Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs verdi. Sonrakı tarixi və siyasi proseslər, ölkəmizdə həyata keçirilən islahatların nəticələri onu göstərdi ki, xalqımız dövlət başçısı cənab İlham Əliyevə etimad göstərməklə dövlətimizin gələcək inkişafına, çiçəklənməsinə töhfə verib. Prezident İlham Əliyevin nümayiş etdirdiyi yüksək idarəçilik qabiliyyəti, şəxsi nüfuzu, qətiyyətli və milli maraqlara söykənən siyasəti öz müsbət nəticələrini verdi. Siyasi, iqtisadi imkanlarımız daha da genişləndi. Məhz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət strategiyasının nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri möhkəmləndi.2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Prezidentimizin özünün də böyük fəxrlə qeyd etdiyi kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Prezident İlham Əliyevin dövlət siyasətinin ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir.
Sədr qeyd edib ki, Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Tam əminliklə demək olar ki, xalq-iqtidar birliyinin qarşılıqlı inamı sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq və müstəqil Azərbaycan yeni-yeni zəfərlərə imza atacaqdır.
Daha sonra tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Mərkəzi Aran Regional Məşğulluq filialı ərazi partiya təşkilatının sədri Samir Nuriyev, Ərəbqubalı ərazi partiya təşkilatının sədri, Ərəbqubalı kənd tam orta məktəbinin direktoru Mais Bayramov, YAP-ın fəal gənc üzvü, “Kürdəmir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Nicat Ağarəhimov çıxış edərək bildiriblər ki, Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi illərində Azərbaycanı Qafqazda söz sahibinə çevirmişdir. Bu müddət ərzində maaşlar, pensiyalar dəfələrlə artmışdır. Sosial infrastruktur inkişaf etmiş, o cümlədən məktəb, xəstəxana binaları tikilmiş, təmir edilmiş, bölgələrdə idman infrastrukturu yaradılmışdır.Bu müddətdə təhsil, mədəniyyət sahələrinə eləcə də, gənclərə dövlət qayğısına xüsusi diqqət yetirilmişdir.
Natiqlər vurğulayıblar ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü, dövlətçiliyinin ən möhtəşəm quruculuq mərhələsidir. Prezidentin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-11-2024
12:53 Qürur mənbəyimiz
10-11-2024