Gülər Sultanzadə: “Prezident İlham Əliyevin siyasət strategiyası milli maraqların qorunması prinsipi əsasında qurulub”
Tarix: 13-10-2023 | Saat: 11:13
Bölmə:Gündəm / Özəl | çapa göndər
“Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına ünvanladığı müraciətində öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirərək demişdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu tarixi müraciətdən 14 gün sonra, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu məhz cənab İlham Əliyevə səs vermişdir. Başqa sözlə desək, Azərbaycan xalqı öz səsini Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, Yeni Azərbaycan Partiyasının fəal üzvü Gülər Sultanzadə deyib.
Daha sonra partiya fəalı Prezident İlham Əliyevin ötən illər ərzində ölkəmizdə həyata keçirdiyi sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistemin bərqərar olduğunu vurğulayaraq qeyd edib ki, 2003-cü ilin 15 oktyabrından başlayaraq Azərbaycanda bütün sahələrdə dayanıqlı inkişafa nail olunması üçün məqsədyönlü addımlar atılıb və bu proses bu gün də davam edir: “Ölkə Prezidenti cənab İlham Əliyevin ilk gündən həyata keçirməyə başladığı siyasətin əsasında duran milli maraqların qorunması prinsipi dövlətin müstəqilliyinin və ideoloji dayaqlarının daha da möhkəmləndirilməsini, vətəndaş həmrəyliyinin bərqərar olmasını təmin etdi. Dövlət başçısı Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Cənab Prezident həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində xarici islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozaraq, dövlət başçımız xalqı və ölkəni etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. Müsəlman şərqinin bir çox ölkələrində uğurla həyata keçirilən “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısı ustalıqla alındı. Ötən illər ərzində demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda misilsiz nailiyyətlər əldə olundu. Qısa zaman ərzində ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malik olan Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olundu və onların icrasına başlandı. Nəticə olaraq bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. İqtisadiyyatın sürətli inkişafı, Ölkə Prezidentinin təşəbbüsü ilə vətəndaşların sosial rifah halının yüksəldilməsi məqsədilə qəbul olunmuş qanun layihələri, dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən irimiqyaslı sosial layihələr xalqın yaşayış səviyyəsinin yüksəlişini təmin etdi.”
Öz fikirlərini davam etdirən müsahibimiz bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində rolunun artmasının əsasında 2014-cü ildə Trans-Anadolu və 2016-cı ildə Trans-Adriatik qaz kəmərlərinin çəkilişinə başlanmasının durduğunu qeyd edib: “1994-cü ildə Ulu Öndərin təşəbbüsü və gərgin səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyasının ölkəmizə enerji sahəsində qazandırdığı uğurların davamı olaraq Azərbaycan 2014-cü ildə TANAP və 2016-cı ildə TAP qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə, qısa müddətdən sonra isə artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bildi. Azərbaycan enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri bu əsasda qurur. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rola sahib olduğunu bir daha təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istifadəyə verilməsi, bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması, 2020-ci ilin son günündə “Cənub qaz dəhlizi” layihəsinin istifadəyə verilməsi Azərbaycanın strateji valyuta ehtiyatlarının, maliyyə imkanlarının, regional və beynəlxalq enerji təhlükəsizliyində rolunun artmasını, həmçinin iqtisadi və siyasi əlaqələrinin genişlənməsini şərtləndirdi. Bu gün isə Avropanı bürümüş enerji böhranı şəraitində Azərbaycanın qitə ölkələrinin enerji təhlükəsizliyində rolu xüsusilə sürətlə artmaqdadır. Bu proseslər bir daha cənab Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinin təkcə bu günün reallıqlarına deyil, həmçinin illər sonra baş verə biləcək qlobal dəyişikliklərin mənfi təsirlərinin neytrallaşdırılmasına sərrast hesablandığını sübut edir.”
Həmçinin G.Sultanzadə bildirib ki, Azərbaycanın keçən ay öz suverenliyini bərpa etməsi üç il bundan əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbənin məntiqi davamıdır: “Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirdi və 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına güclü zəmin yaratdı. Ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında təmin etməsini şərtləndirdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində tarixi Zəfərlə sona çatdı. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğalına son qoyduğu kimi, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla ölkənin ərazi bütövlüyünü, sentyabrın 19-da isə bütün ərazisində suverenliyini tam bərpa etdi”, - deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025