Mobil versiya
HƏMAS, körpələrin başını kəsdiyi yalan xəbərlərə görə israilli qadın və iki uşağı azad etdi
Tarix: 12-10-2023 | Saat: 17:44
Bölmə:Özəl | çapa göndər

HƏMAS, körpələrin başını kəsdiyi yalan xəbərlərə görə israilli qadın və iki uşağı azad etdi

Fələstinin Həmas müqavimət hərəkatı şənbə günü qrupun işğal olunmuş ərazilərə qəfil hücumu zamanı əsir götürülən bir israilli qadın və iki uşağın azad edilməsini əks etdirən video yayımlayıb.

Çərşənbə günü yayımlanan videogörüntülərdə HƏMAS döyüşçüləri oradan uzaqlaşarkən Qəzzanı işğal olunmuş ərazilərdən ayıran hasarın yaxınlığındakı açıq ərazidə naməlum qadın və iki uşağı buraxıblar.

Qəzza mərkəzli hərəkatın hərbi qanadı Əl-Qəssam Briqadaları verdiyi açıqlamada qadının israilli köçkün olduğunu bildirib.

AFP xəbər agentliyinin verdiyi məlumata görə, “İsrailli məskunlaşan iki uşağı qarşıdurma zamanı saxlanıldıqdan sonra sərbəst buraxılıb”.

Ən son hadisə, HƏMAS-ın genişmiqyaslı əməliyyatı zamanı körpələrin başını kəsdiyinə dair Qərb mediasının təkzib etdiyi iddialar fonunda baş verib.

Çərşənbə günü verdiyi açıqlamada HƏMAS bu iddiaları rədd edərək bildirib ki, qrup mülki şəxslərə hücum etmir.

Əl-Qəssam briqadaları və müqavimət yalnız qanuni hədəf olan İsrail rejiminin hərbi və təhlükəsizlik aparatlarına hücum edir.

İsrail ordusu da bu iddiaları rəsmi olaraq təsdiq edə bilməyəcəyini etiraf edib, lakin buna baxmayaraq, onları dəstəkləyib.

The Intercept çərşənbə axşamı ordunun sözçüsünə istinadən bildirib ki, İsrail hərbi qüvvələri ittihamları təsdiq edə bilməyib.

Bu arada ABŞ prezidenti Co Bayden də HƏMAS döyüşçülərinin uşaqların başını kəsərkən “təsdiqlənmiş şəkillərini” gördüyünü iddia edib.

Ancaq Ağ Ev daha sonra Bayden və digər ABŞ rəsmilərinin bu iddiaları görmədiyini və ya müstəqil şəkildə təsdiqlədiyini açıqladı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025