Prezident İlham Əliyevin çoxvektorlu siyasi strategiyası Azərbaycanın hərtərəfli inkişafını təmin edib
Tarix: 12-10-2023 | Saat: 13:04
Bölmə:Siyasət / Özəl | çapa göndər
Ölkəımizdə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının strateji seçiminin alternativsizliyini və dəyişməzliyini bir daha isbatladı. Cənab İlham Əliyevin ölkəmizdə yeganə doğru yol olan Heydər Əliyev siyasi kursunun davam etdirilməsi üçün hakimiyyətə gəlişi tarixi zərurət idi. Buna görə də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti hakimiyyət sükanında məhz sınanmış komanda və qətiyyətli lideri görmək istəmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev haqqında Ulu Öndər Heydər Əliyevin 2003-cü ilin oktyabrın 1-də söylədikləri xalqın qəlbinə hakim kəsilmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Əlbəttə ki, uzun illər sonra Azərbaycanın yüksəldiyi bu zirvələr, əldə olunmuş tarixi Qələbəmiz və torpaqlarımızın işğaldan azad edilməsi də Ulu Öndərimizin həmin ümidlərinin doğrulması deməkdir. Cənab Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən dövlətimizin başçısı qısa bir zamanda həmin tezisin reallaşmasına nail oldu. Məhz 2003-cü ildən Azərbaycanın sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi müəyyən edildi.
Dövlətimizin başçısı ölkəyə rəhbərlik etməyə başladığı birinci ildən etibarən dayanıqlı inkişaf üçün əsaslı və məqsədyönlü addımlar atmışdır. Həmçinin cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasi kurs Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Müstəqilliyimizin daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması prinsipi dayanır. Dövlətimizin başçısı ölkə iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Heç şübhəsiz Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Ölkə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işlərinin nəticəsi olaraq təmin edilib. Dövlət başçımızın öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə dəyişildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğala son qoymuşdusa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla ölkənin ərazi bütövlüyü tam bərpa olundu. Sentyabrın 19-da isə Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərində möhtəşəm bərpa-quruculuq işləri aparır və Böyük qayıdış proqramını uğurla həyata keçirir. Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi kursu ölkəmizi və xalqımızı daha parlaq qələbələrə doğru aparır.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025